Avropanin dövlətləri müsəlman imperiyaların güclənməsinin qarşısını almaq və onlardan gələn təhlükəni aradan götürmək üçün bölgəmizdə geniş cəsus şəbəkəsi yaradırdı. Bu hal Səfəvi dövlətindən də yan keçmədi.

Şah Abbas hakimiyyətə gəldikdən sonra daima xarici hücumlara məruz qalan Səfəvilər dövlətini qorumaq üçün ordunun yenidən qurulmasından başqa, onun müasir toplar və silahlarla təmin edilməsi məqsədini də qarşısına qoymuşdu, çünki Səfəvilərlə müharibələr aparan rəqib dövlətlər artıq bu silahları əldə etmişdilər. Bu müasir silahları isə Şah Abbas yalnız Qərbdən ala bilərdi. Bu məqsədlə top sata biləcək Avropa dövlətləri ilə ticarət əlaqələri qurmağa başlayır. Lakin həmin dövr üçün Avropada güclü nüfuza malik olan Vatikan, Şah Abbasın bu yaxınlaşma siyasətindən istifadə edərək Səfəvilər dövləti daxilində casus şəbəkəsi yaratmaq, dövlətə təsir mexanizmləri qurmaq, dövlət adamlarını ələ almaq niyyətinə düşür.

Bu məqsədlə əvvəl Səfəvilər ərazisində mövcud olan katolik ordenləri nümayəndələrindən istifadə olunur, bunlar karmelitlər, kapusinlər və iyezuitlər idi. Karmelitlərin gəlişi 1604-cü ilə təsadüf edirdi. Lakin onların sayı az idi və bu zaman Vatikanın marağını başa düşən ermənilər öz xidmətlərini Papaya təklif edirlər. Vatikan ermənilərin təklifini qəbul edir və erməni kilsəsi, erməni icmaları Səfəvilərdə faktiki olaraq Qərbin 5-ci kolonunu qurmağa başlayırlar. Hətta hər şey öz əllərində olsun deyə, rəqib gördükləri katolik ordenlərini də dövlətin gözündən salaraq sıxışdırılmasına, Vatikanın marağını yalnız erməni kilsəsinin təmsil etməsinə çalışırlar.

İş o yerə çatır ki, rahib Baltazar 1655-ci ildə, Şah Abbasın vaxtında olduğu kimi, yenədə ermənilərin o siyasəti yürütdükləri üçün Papalığa onları bu hərəkətlərinə görə şikayət də edir. Beləliklə, Səfəvilərə qarşı olan ideoloji-kəşfiyyat müharibəsi, Qərblə erməni kilsəsinin birgə lahiyəsi olur.Lakin Şah Abbas bu siyasəti gözəl anlayır. Vatikanla aranı rəsmi səviyyədə pozmadan bu şəbəkə və təsiri neytrallaşdırmağa başlayır. İlk olaraq 1622-cü ildə Hörmüz boğazı ətrafında yerləşən və Qərbin regiona təsir vasitələrindən biri olan portuqal hərbi koloniyasının mövcudluğuna son qoyur, onları qovub çıxarır. Sonra isə özü erməni kilsəsi daxilində bəzi keşiş və din xadimlərini ələ alaraq qarşıdurma yaratmağa nail olur – katolik Vatikan ilə qriqoriyan erməni kilsəsi arasında ciddi ideoloji ixtilaf yaranır.

Bu ixtilaf erməni kilsəsini tam olaraq Vatikana tabe etdirmək üzrə olan Papa layihəsini iflasa uğradır, Papaya satılmış erməni keşişləri sıradan çıxarılır. Beləliklə bacarıqlı siyasət nəticəsində Vatikanın katolik və erməni birliyi əsasında qurmağa çalışdığı 5-ci kolon təhlükəsi aradan qaldırılır.

Comments are closed.