Bədiüzzaman Mirzənin aid olduğu Səfəvi sülaləsi tirəsinin kökü I İsmayılın oğlu Bəhram Mirzəyə gedib çıxırdı.

Cahangir şahın sarayında əsas yerlərdən birini tutmuşdur. 1633-1636-cı ildə Aqra qarnizonunun komandiri, 1636-1640-cı illərdə quşbəyi, 1640-1643-cü ildə Orissa hakimi, 1643-1647-ci ildə Caunpur qarnizonunun komandiri, 1648-1650 və 1652-1653-cü illərdə Məlva, 1648-1649 və 1657-1658-ci illərdə Dəkkə, 1653-1657-ci illərdə Aud, 1658-1659-cu illərdə Qucarat hakimi olmuşdur. 1649-1650-ci illərdə şahın oğlu Murad Bəxşin atabəyi idi. O, Murad Baxş ilə birlikdə Dəkkəni də idarə etmişdi.

Bədiüzzaman Mirzə Səfəvi 1658-ci ildə kürəkəni Övrəngzib tərəfindən Burhanpur qalasında həbs edildi. Ona qarşı əsas ittiham hakimiyyət uğrunda mübarizə aparan Dara Şükuh və Övrəngzib arasında Dara Şükuhu dəstəkləməsi idi. Bədiüzzaman Mirzə Səfəvi vərəsat savaşında öz kürəkəni əvəzinə, onun böyük qardaşı Dara Şükuhu dəstəkləməkdə idi.
Qeyd etmək lazımdır ki, Dara Şükuh Sultan Şahcahanın böyük oğlu idi və əvvəlki imperator sağlığında onu özünə varis seçmişdi. Gümanki, Bədiüzzamanın seçim etməsində bu amil mühüm rol oynamış və Övrəngziblə münaqişə yaranmasına səbəb olmuşdu.

Həbs edilən Bədiüzzaman Mirzə 7 ay həbsdə qaldı və daha sonra Dilras Banu Bəyimdən olma nəvəsi Zeb-un Nisə Bəyimin müdaxiləsi ilə həbsdən azad edildi. Zeb-un Nisə Bəyim babasını həbsdən buraxmasını öz atasından xahiş etmişdi. Azad edildikdən sonra o, Qucaratın canişini təyin edildi.
Bədiüzzaman Mirzə Səfəvi və ya digər adı ilə Şahnəvaz xan Səfəvi 14 mart 1659-cu ildə Əcmər döyüşündə həyatını itirdi və Övrəngzibin əmri ilə Racastanda yerləşən Əcmər Şərif dərgahında dəfn edildi.

Comments are closed.