‼️ Görün Səfəvi sülaləsi dilimizə hansı səviyyədə diqqət yetirirdi ki..

📜 17-18-ci yüzillərin alman səyyahı Engelbert Kempfer 1685-ci ildə Qızılbaş dövlətində olub və bunun haqqında öz «Amoenitatum exoticarum politico-physico-medicarum fasciculi V..» kitabında yazmışdı. Dillə bağlı qeydlərindən:

💬 «Fars hansı rütbədə olursa olsun, onun üçün [azərbaycan] türk dilini bilməmək biabırçılıqdır və fars dili xaricdə hörmətə yiyədirsə, öz ölkəsində adlı sanlı insanlar tərəfindən xor görülür».

Yəni o çağda şahların, xanların, xaqanların və bəylərin dili olan azərbaycan türk dilini bilməmək biabırçılıq idi. Dil mövzusunda səfəvilərə dil uzadanlara sorğu veririk: türkcəyə o çağda bizdən başqa bu qədər kimsə hörmət edirdimi?

@irs_azerbaijan

Comments are closed.