Qədim və müasir İran tarixi haqqında yazan və öz ifrat irançılığı və farsçılığı ilə tanınan məşhur tədqiqatçı Seyid Cavad Təbatəbai qeyd edir ki, Səfəvi türklərinin hakimiyyəti dövründə Persiyada əhəmiyyətli nəsr əsərləri yaradılmayıb.

Təbatəbai, Səfəvilər dövründə fars dilinin tarixi əhəmiyyətini niyə itirdiyini izah edərkən yazır ki, şah İsmayıl şeirlərini türk dilində yazırdı, türk dili Səfəvi sarayında hökmran idi və fars dili tədricən öz tarixi əhəmiyyətini itirirdi — və o, bütün bunları həmin dövrün əsas problemləri hesab edir.

Bu fikrini sübut etmək üçün o, minillik fars ədəbiyyatı tarixində ilk dəfə məhz bu dövrdə mühacir ədəbiyyatının meydana gəldiyini qeyd edir: Persiyada yaradan bir çox şair və yazıçılar Hindistana köçməyə məcbur olmuş və yeni ədəbi cərəyan — Hind məktəbini yaratmışlar ki, bu da onun fikrincə, həmin illərdə farsların türklər tərəfindən mədəni repressiyalara məruz qalmasının göstəricisidir (Təbatəbai, 2013, s.339).

İrqçilik mövzusunda Mirzə Ağa xan Kermanini Qacarlar dövrünün ilk irqi düşüncə sahiblərindən biri kimi dəyərləndirir. O, irqi əsaslara söykənən Avropa nəzəriyyələrini yaxşı bilirdi. Bəzi tədqiqatçının fikrincə, Mirzə Ağa xan Kermani Qacarlar dövrünün ilk iranlı irqçisidir. O, irqi təsnifatlara əsaslanaraq hesab edirdi ki, iranlılar, yunanlar və ingilislər saf və sivil xalqlardır, halbuki ərəblər, əfiopiyalı sudanlılar və zəncilər (zənclər) vəhşi və çirkindir (Zia-Ebrahimi, 2016, s. 58).

İstinad: Elshan Bioukvand Ghojehbiglou – Racism among Iranian Intellectuals (1925-1979)

Comments are closed.