Fotodakı şəxslər: (Solda) Hindistan prezidenti Varahagiri Venkata Giri və Ağa Məqsud Əli Qızılbaş (1974-cü il)

Fotonun tarixi: Hindistan prezidenti V.V.Giri  Ağa Məqsud Əli Qızılbaşı toy günü münasibətilə təbrik etmək üçün Kəşmirə gəlib.

Doktor Ağa Məqsud Əli Qızılbaş 1945-ci ilin iyulunda Kəşmirdə anadan olub. Ağa Məqsud Əli 2018-ci ildən Qızılbaş ailə vəqfinin  Mütəvəllisidir (Lideridir). Ailənin üzvləri Hindistan, Pakistan və ABŞ-da yaşamaqdadır. Bu Qızılbaş ailəsi Pakistan dövlətinin yaranmasında da, böyük rol oynamışdır. Doktor Qızılbaş Kəşmirin akademik dərəcəli ən yaxşı Stomatoloqu hesab olunur. O, Kəşmirin müxtəlif xəstəxanalarında yüksək vəzifəli işçi kimi fəaliyyət göstərib. Təqaüdə çıxana qədər isə Kəşmirin Pampore Şəhər Xəstəxanasının şöbə müdiri olub. Sonradan ona Kəşmir Səhiyyə Direktorunun müavini vəzifəsi təklif olundu, lakin siyasi səbəblərə görə bu vəzifədən imtina etmişdir. Doktor Qızılbaş Kəşmir də xəstələrinə, xüsusən də kasıblara qarşı mehribanlığı və rəftarı ilə tanınır.

azərbaycan əsilli Qızılbaşların Kəşmirə ilk köçü Əmir Aslan xan Cavanşir Qızılbaşın Kəşmir qubernatoru təyin olunmasından sonra başladı. Bu barədə Hindistanın İngilis Baş Surveyorunun köməkçisi George Passman Tate (The Kingdom Afghanistan. A Historical Sketch, səhifə 100) qeyd edir ki;
«(Əfqan hökmdarı) Şah Zaman 1795-ci il yanvarın 7-də Qəndəhara daxil oldu. Bu yerdə Əmir Arslan Xan Cavanşir Qızılbaş Məşir-ud-Daulanın yerinə Kəşmir qubernatoru təyin edildi; və bu Qızılbaş sərkərdəsi də, əmisi Məhəmməd xanı özünə naib (vəkil) təyin etdi.»

Bu ailənin əcdadı isə Qəndəharlı Qızılbaş başçısı Sərdar Ağa Rəhim Qızılbaşdır və o, 1797-ci ildə Qəndəhardan Kəşmirə gəlmişdir. Naib Məhəmməd xan Cavanşir Sərdar Ağa Rəhim Qızılbaşın bacısı Cahan Banu Bəgümlə evlənmiş və sonrada Sərdar Ağa Rəhim Qızılbaş 1801-ci ildə daimi olaraq Kəşmirə böyük sərvətlə gələrək məskunlaşdı. Şrinaqar şəhərində Xanqah-e-Sokhtada (Nava Kadal) Jehlum çayının sahilində üç mərtəbəli nəhəng bir İqamətgah tikdi və bu ev “Qəsri-Qızılbaş” adlandırılırdı.

Foto və məlumat ailənin üzvü Hüquqşünas Ağa Feysəl Əli Qızılbaş tərəfindən əldə edilmişdir.

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru, araşdırmaçı Vahid İbayev

Write A Comment