28 MAY günü haqqında çox şey yazmaq olar, amma mən bu dəfə başqa bir yöndən baxmaq istəyirəm — tarixə körpü salaraq ölkə quruculuğunda iştirak edən qəhrəman soylarımızdan danışmaq istəyirəm.
Biz bu torpaqlarda dövlət yaratma ənənəsini dünən başlamamışıq. Hələ 1501-ci ildə Qızılbaş birliyi ilə yeni bir imperiyanın – Qızılbaş dövlətinin təməli qoyulanda, bu yolda canını, ruhunu ortaya qoyan tayfalar vardı. Onlar yalnız bir dövlət yox, həm də bir vətən anlayışı yaradırdılar.
Bu tayfalardan biri də Qacarlar idi.
Və zaman keçdi… 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən, o köklərdən gələn amallar yenidən dirçəldi. Qacar nəslindən olanlar yenə önə çıxdı – bu torpaq, bu bayraq, bu millət üçün!
O qacarlar ki, son damla qanlarına qədər savaşıblar. Gəncə üsyanı zamanı bayrağımızı sinəsinə sıxan və əldən verməyən general-mayor Əmir Kazım Mirzə Qacar kimi.
General Əmir Kazım Mirzə Qacar Milli Azərbaycan Ordusuna yazılan ilk zabitlərimizdən olub. Cümhuriyyət ordusunda xidmətə başlayan ilk generallarımızdan biri kimi o ordunun formalaşdırılmasında müstəsna xidmətlər göstərib.
Əmir Kazım Mirzə hərbi nazir Səməd bəy Mehmandarovun adına yazdığı raportda onun ömür yolunun indiyədək acılmayan səhifələri də var:
“Əlahəzrət yoldaş hərbi nazirə! Hormətli cənab Səməd bəy, … Mən otuz dörd il hərbi хidmətdə olmuşam. Az muddət istefada olsam da hərbi ruhda tərbiyə almış, həmişə də hərbi işlə maraqlanmış və hərbi ədəbiyyatı izləmişəm. Məhz buna görə də hərbi qulluğun muasir tələblərinə uyğun olaraq хidmət borclarını icra etmək bacarığına və lazımi qədər fiziki qüvvəyə malik olduğumu hiss edirəm. Qərargahın Azərbaycan korpusuna təqdim etdiyim хidmət dəftərcəmdə kecdiyim hərbi хidmət haqqında tam məlumat almaq olar. Vətənin kecdiyi bu ağır vaхtda öz хalqıma хeyir vermək məqsədilə bu həm də mənim ailəmin zəifləmiş iqtisadi vəziyyətinin yaхşılaşmasına səbəb olardı. Хahiş edirəm, Azərbaycanın hər hansı hərbi idarəsində mənə Sizin məsləhət gorduyunuz vəzifəni həvalə edəsiniz. Hörmətlə General-mayor Əmir Kazım Mirzə Qacar”.
Abbas Mirzənin oğlu Şahzadə Bəhmən Mirzənin ən sevdiyi övladlarından olan Əmir Kazım Mirzə 1853-cu ildə Şuşada anadan olub.
Çar ordusunun zabiti kimi Əmir Kazım Mirzə 1910-cu ildə general-mayor rutbəsi ilə təltif edilir.
General şahzadə Əmir Kazım Mirzə təkcə hərbci deyildi. O, хalqımızın maariflənməsində də yaхından iştirak edərək, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin acılmasına maddi yardım gostərir və kasıb balalarını oz хərcinə oхutdurur.
1910-cu ildən Qafqaz Musəlmanları Хeyriyyə Cəmiyyətinin fəхri uzvu secilir.
Hərbi nazir Səməd bəy Mehmandarova yazdığı məktubu nəzərə alınaraq General Əmir Kazım Qacar 1918-ci il dekabrın 1-də Gəncə şəhər hərbi komendantı təyin olunur.
1920-ci ilin may-iyun aylarında daşnak-bolşevik ordusuna qarşı vuruşan, Gəncə üsyanının əsas təşkilatçılarından biri olan general Əmir Kazım Mirzə Qacar əsir duşur. 21 gün bu cəsur generalı ən ağır işgəncələr verildi. Amma onu sındıra bilmədilər.
Bolşevik-daşnak cəlladları Gəncədə həbsxanada Tuхarelinin başçılığı altında onu doğrayaraq vəhşicəsinə qətlə yetirdilər.
Onu tanıyanlar bu cəsur generalın qəlbindəki vətən eşqinə heyran qalmışdılar.. Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan Cümhuriyyəti» əsərində Əmir Kazım Mirzə Qacarı da xatırlayır və onu «istiqlal şəhidi» adlandırır..
Qoşqar Salmanlının məqaləsi əsasında