O, Qızılbaşların Cavanşir tayfasının lideri olub, Qarabağ xanları ilə eyni nəslindən idi. Əmir Aslan xan Cavanşir Kəşmirdə tikdirdiyi “Şirqari sarayı” (Aslanın qalası) və “Amira Kadal” körpüsü ilə məşhurdur.
Bu saray və körpü hal-hazırda Hindistanın nəzarətində olan “Cammu və Kəşmir” ərazisində yerləşir. Kəşmir xalqı onu mülayim və ədalətli bir rəhbər olaraq xatırlayır. O, hakim və ya qubernator olsa da, mənbələrdə və xüsusilə kəşmirlilər tərəfindən “Kəşmir hökmdarı” olaraq tanınır. Qızılbaşların Kəşmirə köçü və məskunlaşması, məhz onun adı ilə əlaqələndirilir.

Cavanşirlər Şuşadan gələn Türk mənşəlidirlər, bir neçə tayfalardan ibarətdir və Qızılbaşların əsas hissəsini təşkil edirlər.
Əmir xan Cavanşir bəlkə də Pəştun hökmdarlarının ən yaxşısı idi, çünki heç olmasa, o, (Kəşmirin mərkəzi) Şrinaqarın girişində yerləşən Amira Kadal körpüsünü tikdirmiş və Şirqari sarayını inşa etdirmişdi. Lakin digər tərəfdən, o, Dal gölü sahilindəki Moğol bağlarını dağıtmaqla kiçik və kinli bir davranış sərgiləmişdi.
Digər Pəştun hökmdarları isə bu gün yalnız amansızlıqları və qəddarlıqları ilə xatırlanırlar. Onlar haqqında belə deyilir ki, baş kəsməyi bir çiçək dərmək qədər yüngül sayırdılar.”
© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru, araşdırmaçı Vahid İbayev.
1. G.P Tate – “The Kingdom of Afghanistan. A Historical Sketch (1911) (page 100)”
2. Edward Balfour. “Cyclopaedia of India and of Eastern and Southern Asia, Commercial, Industrial and Scientific: Products of the Mineral, Vegetable and Animal Kingdoms, Useful Arts and Manufactures. Vol.II, Third Edition. 1885. C. 190”
3. Sir Walter Roper Lawrence – “The valley of Kashmir (1895), (page 197)”