Ötən həftə Qızılbaş Qlobal İrsi Şurasının üzvü, Xəzər Universitetinin fəxri qonağı, Pakistanlı ədəbiyyatşünas, şair, Pakistanın Bəlucistan Universitetinin professoru Əli Kumeyl Qızılbaş Azərbaycanda səfərdə idi.
Prof.Əli Kumeyl Qızılbaş 15 aprel 1968-ci ildə Pakistanın Bəlucistan əyalətinin Loralay şəhərində Qızılbaş icması ailəsində anadan olmuşdur. Əcdadları Səfəvi və Əfşar imperiyasının siyasi və hərbi xadimləri olubdur.
O, pəştun, urdu, farsca 14 kitabın müəllifidir.
Cənab Professor Xəzər Universiteti tərəfindən “IX Rumi Beynəlxalq Elmi Konfransına” dəvət olunmuş və elmi. konfransın bir bölməsinin də sədridir.
Professor Qızılbaş İçərişəhər tarixi-memarlıq abidələrini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Milli Azərbaycan Tarixi Muzeylərini ziyarət etmiş və Azərbaycan tarixi və ədəbiyyatı ilə tanış olmuşdur. Professora Qərbi Azərbaycan, Azərbaycan Cümhuriyyəti, 1ci və 2ci Qarabağ müharibəsi haqqında da ətraflı məlumatlar verilmişdir.
Həmçinin Cənab Professor özü də, Azərbaycanın şair inciləri Əfzələddin Xaqani, Nizami Gəncəvi, Mücirəddin Beyləqaninin ədəbiyyat əsərlərinə bələddir. Bizimlə söhbət edərək Xaqaninin nadir şeirlərindən söyləyirdi.
Professor bizə bildirdi ki, hal-hazırda Nizami Gəncəvi ədəbiyyatı və əsərləri üzrə çalışır.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Professor Rafael Hüseynova və muzeyin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq Cəfərzadəyə qonaqpərvərlikləri üçün minnətdarlığımızı bildiririk.
Muzeyin direktoru müəllifi olduğu “Nizami Muzeyinin xalçaları” açıqca dəstini (ingilis dilində) və “Məhsəti Gəncəvi. Portret-oçerk” (fars dilində) kitabını professor Əli Kumeyl Qızılbaşa hədiyyə edib.
O, Azərbaycan xalqının istedadlı nümayəndələrinin yaratdığı ecazkar sənət əsərlərinə heyran qaldığını, əcdadları qızılbaş türklərinin vətəninin belə qədim və zəngin mədəniyyətə sahib olduqları üçün qürur və iftixar duyduğunu bildirib, bununla bağlı fikirlərini Muzeyin Xatirə kitabında bölüşüb.
Professor Qızılbaş şəhər gəzintisindən sonra təəssüratlarını video qeyd olaraqda, bizimlə bölüşdü. Videonun linki; https://www.instagram.com/reel/DDhpAFxNwA6/?igsh=MWdoOXAzMDZkaG94OA%3D%3D
Professor Qızılbaş bizə Pakistanda ənənəvi kişi üst geyimi olan “Bəluc şalı” hədiyyə etdi. Dəyərli hədiyyəyə görə Professora təşəkkür edirik.
Professor həmçinin konfrans keçirildikdən sonra da, konfrans haqqında təəssüratlarını bizimlə bölüşərək, qeyd edirdi ki;
“Sizə maraqlı bir şey deyim. Konfransda Qızılbaş olduğum üçün tanış olduğum hər kəs məni çox səmimi qarşıladı və sevindi. Bu gün başqa mərkəzlərə getdik və konfransın koordinatoru fəxrlə mənə dedi ki, onlar bizim Qızılbaşlardır, buradan gedib və indi öz torpaqlarına qayıdırlar.”
15 dekabr Pakistanlı soydaşımız Professor Əli Kumeyl Qızılbaş və dostumuz Əhməd Aşurbəyov ilə birlikdə Azərbaycan Respublikasının Xalq rəssamı Qəyyur Yunusun qonağı olduq.
Professor Qızılbaş heyranlıqla Qəyyur Yunusun rəsm əsərlərinə, xüsusilə də, dini-fəlsəfi əsərlərinə tamaşa edərək, Qəyyur müəllim ilə əsərlərin fəlsəfi mənaları haqqında xoş söhbət edirdilər. Professor Qızılbaş, Qəyyur müəllimə 🇵🇰 Bəlucistan bölgəsinin ənənəvi kişi geyimi “Bəluc şalını” hədiyyə etdi. Qəyyur müəllimdə öz rəsm əsərlərinin əks olduğu “Həqiqət Yollarında” kitabını imzalı şəkildə Professora hədiyyə etdi.
Sonda professor, Qəyyur müəllimin ‘Xatirə kitabına’ ürək və xoş sözlərini qeyd etdi. Professor “Xatirə kitabında” sözlərinə Hafiz Şirazinin məşhur şeiri ilə başladı;
Şeir:
“Bizim kimi Qəlbi sevgi ilə diri olan heç vaxt ölməz,
Çünki bizim ölməzliyimiz və daimiliyimiz varlıq kitabında yazılıb.”
Qonaqpərvərliyi üçün Qəyyur müəllimə təşəkkür və minnətdarlığımızı bildiririk.
Professor ilə həmçinin Əmircan qəsəbəsinin bir sıra tarixi-memarlıq abidələrini də, ziyarət edərək, tarixi keçmişləri haqqında məlumatlar verdik. Xoş təsadüflə “Bünyadlılar məscidi” imamı ilə də, tanış olduq və bizi çay süfrəsinə qonaq etdi. Qonaqpərvərliyinə görə təşəkkürlərimi bildirirəm.
Gün ərzində mənə dəstək olub, köməklik edən Azərbaycanın nəcib ailəsi Aşurbəyovların nümayəndələri Əhməd bəy və Aynur xanıma xüsusi minnətdarlığımı bildirirəm. Var olun!
Həmçinin İçərişəhər dövlət tarix-memarlıq qoruğu əməkdaşı Seyid bəy və Şahin bəyə köməklikləri üçün təşəkkür və minnətdarlığımı bildirirəm.
Vahid İbayev (Qızılbaş Qlobal İrsi Şurası, sosial media moderatoru)