Çox möhtəşəm bir tapıntı!!!

Əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-turkı” dərsliyi (risalə) təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılmışdır.
İranın Qum şəhərində muhafizə olunan, Azərbaycan dili və tarixi üçün bu mötəbər və qiymətli əlyazmanı Tehranın Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosent doktoru, əslən azərbaycanlı İxtiyar Bəxşi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə hədiyyə etmişdir.
İlk dəfə Azərbaycanda fars dilindən tərcümə və çap olunan bu dərslik dılımızın inkişaf yolları, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq və iranşünaslar üçün çox dəyərli vəsaitdir.
Əlyazmanın əvvəlində qeyd olunur ki, dərslik İranda Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün yazılmışdır və bu türkcə “axıcı, dəyərli, sadə və şirin”dir. Elə orada əlyazmanın əvvəlində qeyd olunur ki, dərslik İranda Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün yazılmışdır və bu türkcə “axıcı, dəyərli, sadə və şirin”dir.
Elə orada “Məzhər üt-türki” kitabının müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin Ərdəbildə doğulduğu, yaşayıb boya-başa çatdığı, mənşəyinin də Ərdəbildən olduğu haqqında məlumat verilir. Şirvani təxəllüsünü götürməyinin səbəbi “yeniyetməliyinin əvvəllərində bir müddət Şirvanın pak şəhəri olan Şamaxıda yaşaması və gəncliyinin ilk illərini həmin vilayətdə dostları ilə keçirməsi”dir.
Müəllif risalədə Şamaxı və yerli əhalisi, dilləri barədə dolğun təsəvvür yaradır:

💬
“O diyarın əhalisi, böyükdən kiçiyə, varlıdan yoxsula, ümumiyyətlə türkcə danışırdılar və türk dili o sərhəddə o qədər geniş yayılıb ki, o vilayətdə yeniyetmə ikən müşahidə edirdim ki, bəzən iraqlı, fars və ya xorasanlı olan qonaq ya yad o şəhər və diyara girib farsca sözlərlə danışanda, o vilayətin əhalisi cavab söyləməkdə aciz olub, dilmanca möhtac olurdular və o şəxsin suallarına farsca kitabların üzündən ən çətin şəkildə cavab verməyə çalışırdılar“.

Ardı var..

Comments are closed.