Bu yazıya fikir verin.

Şah Abbasın dövründə iki Erməni katolikosunun münasibətlərinə baxın. Biri güclənərək digərinə əzab verir. Zərər çəkən isə gedib Şah Abbasa şikayət edərək deyir ki, bu insan xristianlara məxsus müqəddəs qalıqları satmaqnan məşquldu.

Bu da sizə “İLK XRİSTİAN XALQ”. Komediyadı vallah!

Səfəvi dövrü erməniəsilli salnaməçi, tarixçi və din adamı Arakel Təbrizli belə yazır:

Şah Böyük Sürgünü həyata keçirərək erməniləri İsfahana yerləşdirən zaman katolikos David onlarla birlikdə İsfahana getdi və orada qaldı. Katolikos Melkiset də Sürgün dövründə köçdü, lakin sonra geri qayıtdı, Eçmiədzinə gəldi və Katolikosluğu idarə etməyə başladı.

Lakin katolikos Melkiset Eçmiədzinin firavanlığı, şöhrəti, kilsə xidməti ilə heç maraqlanmırdı, İrəvan şəhərindəki Kafedral kilsəsini özünə yaşayış yeri seçmiş, ətrafına qohum-əqrəba və həmfikirləri toplamışdır. Onlarla birgə Müqəddəs Eçmiədzin taxtının mənfəət və gəliri üzərində əyyaş həyat tərzi keçirirdi.

Yepiskop Martiros İsfahana getdi, katolikos Davidə qoşuldu və ona Melkisetin əməllərindən, Eçmiadzinin xarabalığı və viran qalmasından danışdı.
Katolikos David isə yepiskop Martirosla birlikdə İsfahanı tərk edərək Eçmiədzinə getdi.

Şah [Abbas] düşərgəsini quraraq Qoridə olanda, katolikos David və katolikos Melkiset hər ikisi Müqəddəs Eçmiədzində idilər. Lakin bu, aralarındakı paxıllığı, nifrət və düşmənçiliyi daha da artırdı.

Ən maraqlısı odur ki, katolikos David sələfi olub və katolikos Melkisetdən daha tez hökmranlıq etməyə başlayıb. O, həm də yaşdan böyük idi və saçları ağarmışdı; Bundan əlavə, David Melkisetə katolikos kimi xeyir-dua verdi ki, onun yoldaşı və ortağı olsun.

Və bir neçə il sonra, Melkiset katolikos rütbəsi və işlərində uğur qazandıqda, o, tam hakimiyyətini ələ keçirdi, və Davidi sıxışdırıb onu hakimiyyətdən uzaqlaşdırdı. Davidə gəlincə, o, Melkisetə dedi: “Məni katolik hakimiyyətindən uzaqlaşdırsan da, qocalığıma rəhm et: qalan günlərimi yaşamaq üçün mənə hər gün ərzaq və geyim ver…”
Amma kökəlmiş, qürurlu və öz gücü ilə öyünən Melkiset Davidi dinləmək istəmirdi.

Beləliklə, David Şahın hüzuruna çıxmaq və katolikos Melkisetini ifşa etmək üçün Qoriyə, şahın düşərgəsinə getdi.

Şahın özü də hər iki katolikozu çox yaxşı tanıyırdı, lakin o, Melkisetdən çox Davidı qəbul edirdi, çünki şahın Böyük Sürgünü vaxtı hər iki katolikos Sürgünlə getmiş, katolikos Melkiset şahdan xəbərsiz olaraq Eçmiədzinə yarı yoldan qayıtmışdı, və şahın icazəsi olmadan katolikosluğu idarə edirdi.

Katolikos David isə İsfahana getdi və orada İsfahanda şahla dəfələrlə görüşdü.

Beləliklə, David şahla görüşəndə ​​dedi: “Əbədi yaşa, hökmdar; dərdlərim, kədərlərim olsa da, üzünüzün xoş gözəlliyini, nitqlərinizin təsəlliverici təbiətini gördükdə bütün dərdlərim unudulub dağılır”. Şah soruşdu: “Səni incidən kimdir?” David xarici ləhcə ilə cavab verdi: “sümük satan xəlifə”. “Smuk-satan” deyərək, o, Melkiseti ifşa etməyə başladı, və şaha onun əməlləri barədə danışdı, necə o, rüşvət müqabilində Franklara müqəddəs Ripsimenin qalıqlarını aparmağa icazə verdi.

Şah bu işin bütün təfərrüatları ilə maraqlandıqdan sonra qəzəblənir və Melkiseti cəzalandırmağa hökm verir..

Comments are closed.