Vatikan arxivlərində saxlanılan Azərbaycana aid sənədləri araşdıran professor Fərid Ələkbərli sənədlərdə işlənən Persia sözünü belə izah edir:

“Bu sənədlərdə istifadə olunan – Persia sözü, qədim yunan dövründən başlayaraq, avropalılar müasir İranın və Azərbaycanın müəyyən ərazilərini “PERSİA” adlandırsalar da, bu sözü daha çox milli anlayış kimi deyil, sadəcə yer adı, coğrafi termin kimi istifadə ediblər.”
Eyni izaha Filip Ekozyans “Pyer Daviti ermənilər haqqında” əsərində də işarə etmişdi:
“Qeyd etmək lazımdır ki, Səfi sülaləsi zamanı sülalənin başçısı İsmayıl Səfi Azərbaycanın Təbriz şəhərini paytaxt təyin etdi. Məhz bu fakt əsasında bütün şahlıq Azərbaycan adlandırıla bilərdi. Ancaq göründüyü kimi, ad seçərkən avropalılar dövrün reallıqlarını deyil, Yunan əfsanəsinin nüfuzunu və cazibəsini seçiblər”.

📜
Mənbə: “Avropa təsviri sənətində Şah İsmayıl Səfəvi ikonoqrafiyası”, Elşad Əliyev
P.S. Eynən necə ki biz Avropanı Firənqistan, avropalıları isə firənq adlandırırdıq.
Arian, 1658-ci ildə qızılbaşların Siam səfərinə aid “Səfinəy-i Süleyman” əsərinə yazdığı şərhdə bildirir ki, fars dilində firəng və ya firəngi “Avropa” və ya “Frank” deməkdir. Sözün etimologiyası qədim fransızca (orta əsrlər) frank sözü ilə bağlıdır.
Bəzən nəsil və ya mənşə yerini bildirən sifət vasitəsilə də bir-birindən fərqləndirilirdi. Nəticə etibarilə, katib bəzən digər franklardan fərqləndirmək üçün “Portuqaliya franklarını” xatırladır.
Başqa vaxtlarda o, qarşılaşdığı avropalıları firəng sözünü işlətmədən yalnız mənşəyinə görə, məsələn, ingilislər və ya hollandlar kimi müəyyən edir. Bu fərqlər katibin avropalılar arasında fərqlər haqqında məlumatlı olduğunu göstərir. Baxmayaraq ki, onların hamısı franklar – Avropadan olan xristianlar – hamısı eyni deyildi.
Elə avropalı araşdırmaşılar da, kitablarını hətta ümumi olaraq Persia adlandırsalarda kitabın içində daha detallı yazanda – sofilər, səfəvilər, qızılbaşlar kimi sözlərdən istifadə edirlər.

Comments are closed.