Bəs İran, Persiya? Artıq təlqin olunmuş düşüncələrdən vaz keçək
XVI əsr boyu Xorasan uğrunda davam edən mübarizə zamanı Şeybanilərin Səfəvi dövləti ilə münasibətlərində ciddi dəyişikliklər baş verdi. Bu, xüsusilə Şah Təhmosb və I Abbasın dövründə hiss olunurdu. XVI əsrin ikinci yarısında bölgədə Səfəvi dövlətinin əhəmiyyətinin artması ilə Şeybanilər artıq Səfəvi dövlətlərinə təsadüfi və qeyri-qanuni bir şey kimi baxa bilmirdilər. XVI əsrin əvvəllərində öz dövlətinin banisi Şeybani xana tək Səfəvi şahlarını qəsbkar kimi baxa bilmirdilər.
İndi Şeybanilər Səfəviləri XV əsrin ikinci yarısında Azərbaycanda və Qərbi İranda hökmranlıq edən Ağqoyunlu sülaləsinin hakimiyyətinin davamçıları kimi tanıyırdılar. Şeybanilər özlərini Teymurilər imperiyasının mülklərinin “varisi” hesab etməkdə davam edirdilər və bununla da bütün Xorasana iddia edirdilər.
Şeybanilərin Səfəvilərə bu cür münasibəti Şeybani taxtının varisi Əbdülmöminin 1591-92-ci illərdə Xorasan uğrunda mübarizənin qızğın vaxtında I Şah Abbasa yazdığı məktubundan da kifayət qədər aydın görünür. (İskəndər-bəy Türkman. Tərxi aləmarayi Abbasi). Əbdülmü’min yazırdı:
“Padişahlar arasında bir şey var – ya sülh, ya da müharibə; İkimiz də hər ikisinə hazırıq. Əgər müqəddəs İmam Rzanın xeyir-duası olarsa, sizdən xahiş edirik ki, Xorasanı bizə buraxıb İraqa üz tutasınız və əvvəllər türkmənlərin padişahı, İraq və Azərbaycanın padişahı – Uzun Həsən və Bəlx və Xorasan padişahı – Sultan Hüseyn Mirzə Bayqara arasında bağlanmış sülh müqaviləsinə riayət edəsiniz. Bu müqavilə icra olunmalıdı. Yox əgər müharibə istəyirsinizsə, döyüşə çıxa bilərsiniz. Kimin qalib gələcəyinə Uca Allah hökm verəcək”.
I Şah Abbas cavab mesajında Xorasandan heç vaxt əl çəkməyəcəyini bildirdi. Onun razılaşdığı yeganə şey, XVI əsrin birinci yarısında Xorasanın Səfəvilər və Şeybanilər dövlətlərinin sərhədi kimi tanımaq idi. O, Əbdülmöminin iddialarını rədd etdi və Şeybaniləri “Teymuri mülkünün varisləri” kimi tanımaqdan imtina etdi.
📜 XVI əsrdə Mavəraünnəhr və Iranda hərbi-siyasi münasibətlər (dissertasiya)
Comments are closed.