Teymurilər dövlətinin yaranmasından əvvəl Ermənilər Elxanilər dövləti tərkibində Mərkəzi Qars yaxınlığındakı Ani şəhəri olmaqla, əsasən, Anadolu coğrafyasında yaşayırdılar. Əmir Teymurun Qafqaz üzərinə yürüşləri zamanı ermənilər üzərinə yürüşləri də xüsusi yer tutur. Teymur “Zəfərnamə”lərində bu yürüşlər “Qəzavat” olaraq xatırlanır. Əmir Teymurun ermənilərlə bağlı yürüşləri, onlara qarşı tədbirləri, əsasən, 1386, 1392, 1399, 1403-cü illərə təsadüf edir.

Əmir Teymur 1370-ci ildə Səmərqəndi tutaraq dövlət yaratdıqdan sonra qısa müddət ərzində qonşu əyalətləri tabe etdi. 1386-cı ildə Toxtamışın yürüşündən sonra Əmir Teymurun Qafqaz üzərinə yürüşündə ermənilərə qarşı səfəri də xüsusi yer tutur.  Mənbələrdə bu yürüşün səbəbi onların qeyri-müsəlman olması səbəbilə dini müharibə olaraq göstərilir. Qarsdan Tiflisə yönələn Teymur Tiflisdə erməni əsilli Baqratı həbs edir. O Əmir Teymura tabe olub qulluğunu bildirməklə sağ qala bilir.

XV əsr erməni müəllifi Metsoplu Foma Əmir Teymurun ermənilər üzərinə yürüşləri ilə bağlı xeyli şişirdilmiş məlumat verir. 1386-1387-ci illər yürüşü barədə müəllif yazır: “Buradan o (Tamerlan) Ararat ölkəsinə, Kotayk vilayətinin Karbi şəhərinə gəldi və Bicnini mühasirəyə alıb istehkamını ələ keçirdikdən sonra vilayətin yepiskopu təyin etdi. Bütün yoxsulların qayğısına qalan alim və alim Ter Vanakanı öldürdü. Bir çox xristianlar işgəncə və işgəncələrə məruz qaldılar. Tamerlanın əsgərləri əhalisi sıxışdırılan Ermənistan ölkəsini qılınc, əsarət, aclıq və işgəncə ilə viran qoydular. Tamerlan çoxlu qənimət və əsir götürdü. Xalqımızın başına gələn fəlakəti çatdıracaq adam qalmayıb. Bundan sonra o, böyük qüvvələri ilə Tihis (Tiblis: Tiflis),  şəhərinə gəldi, oranı işğal etdi və saysız-hesabsız adamları əsir aldı. Ölənlərin sayının sağ qalanlardan çox olduğunu deyirlər.

Bu hadisələr zamanı Pir ləqəbli Vartapet Stepannos da orada (Tiflisdə) olub, özünü ölümdən güclə xilas edib. Həmin vaxt İberiyada Bəkrət (Baqray) hökmdar idi. O, Babil çarlarının dövründə əsir götürülərək ölkəmizə gətirilən bir qrup yəhudidən idi. Sonralar xristianlığı qəbul etdilər və bizim biznes evlərimizdən birinə çevrildilər. Arşakuni nəslindən sonra Ani xalqının və digər ermənilərin hökmdarı oldular. O (Bəkrət) bütpərəstlərin əlindən qaçaraq İberiyaya getdi və burada erməni dinindən həqiqətən üz döndərən xalkedon dinini qəbul etdi”.

“O, böyük hədiyyələrlə gəldi və natəmiz hökmdara tabe oldu. Şeytan nifrətinə bürünərək Bəkrəti mürtədliyə məcbur etdi və onu özü ilə keçmiş çarlarımızın qışladıqları Qarabağa apardı. İberiya çarı müqəddəs məbudluğundan şüurlu olaraq onu aldadaraq deyir: “Mənə çoxlu əsgər verin. Mən gedib bütün ölkəni işğal edəcəyəm və onları (xalqı) dinimizə inanmağa məcbur edəcəm. Çünki o dəstədən ibarətdir – səkkiz dildə. Hamısını sənə və sənin dininə tabe edəcəyəm. Onu geri qaytara bilərəm. Bunlar: Oral, Osetin, İmerel, Mekrel, Abxaz, Eonk, İberi, Meşi  nəfərdir. O, xoşbəxt, şaha yaraşan paltarda ona hilat verdi, ona böyük hörmət göstərdi və çoxlu sayda əsgər verdi və o (Bəkrət) bu saysız-hesabsız əsgərlərlə yola düşüb İberiya ölkəsinə gəldi.”

Əmir Teymur 1392-ci il səfəri zamanı da eynilə Qars ərazisindən keçərək bir sıra erməni dəstələri dağıtmışdı. Əmir Teymurun Ermənilərə qarşı fəaliyyəti həmişə uğurlu olmurdu. Belə ki, 1395-ci ildə Əmir Teymur Qafqazdan şimala Toxtamış xanla vuruşmaq üçün yola düşəndə, oğlu Miranşahı Əlincə qalasının mühasirəsi üçün Azərbaycanda qoymuşdu. Mənbələrin verdiyi məlumata görə erməni dəstələri Miranşahın bacarıqsızlığından istifadə edib onu məğlub etdilər.

1392-ci il yürüşü ilə bağlı Metsoplu Foma yazır: ‘Buradan o (Tamerlan) Tosp vilayətinə gələrək Van gölündəki erməni qalasına doğru hərəkət etdi. Senekerim heyətindən olan Əmir Ezdin onun hüzuruna gəlmədi; Əksinə, bütün əsgərləri və bir dəstə xristianla birlikdə qalaya çəkildi və qapıları bağladı. Amma sonra çıxıb onun hüzuruna getdi. O (Tamerlan) əllərini və qollarını bağladı və qalaya hücum etdi. Qala qırx gün ağır mühasirədə qaldı. Çoxlu dinsiz Çağatay əsgərləri öldü. Lakin aclıq və susuzluqdan zəifləmiş şəhərlər mühasirəyə tab gətirə bilmədi və qala ona verildi. Ey fələk! Ey ac tale! Orada axirət məhkəməsini xatırladan dəhşəti və cazibəni görmək olardı. Bütün qala matəm içində idi, hönkürtü səsləri hər tərəfi bürüdü; çünki amansız hökmdar bütün qadınları və uşaqları əsarət altına almağı, həm dindarları (xristianları), həm də xristian olmayanları qala divarlarından atmağı əmr etdi.

Bu amansız əmr dərhal yerinə yetirildi. Hamısını qaladan atmağa başladılar və cəsədlər bir-birinin üstünə o qədər yığılmışdı ki, axırda çölə atılanlar hələ ölməmişdilər. Biz onları müqəddəs əcdadlarımız Arqıpıskop Ter-Zəkere və Vartanet Ter Pokos Həzrətlərindən öz gözlərimizlə görmüş və öz qulaqlarımızla eşitmişik. Onlar da həmin vaxt qalada idilər və ölümdən güclə xilas olmuşdular. Çağatay onları öz iş evlərindən birinə verdi və o, əsirləri azad etdi. Qala ətrafındakı bütün ölkə günahsız xristian qanına bürünmüşdü. Bargiri şəhərində  Mükri minarəyə qalxıb “Salat-Təmat” deməyə başladı, yəni qiyamətin başladığını elan etdi. O natəmiz (Timur) bir az fikirləşərək soruşdu ki, bu nə qışqırıqdır? Yaxın adamları ona cavab verdilər.

“Qiyamət gəldi və İsa zühur edəcək. Bu gün belə etdin” Mükri elə ağlayan səslə qışqırdı ki, sanki Suri-İsrafilin səsi gəlirdi. Bu qışqıran axmaq idi: Bir az tez başlasaydı, bir nəfər də olsun həlak olmazdı; Çünki (Tamerlan) dərhal kişilərin qala divarından atılmasının qarşısını aldı və qalanları öldürməyi əmr etdi. Hər şeyi yaradan Allahdan başqa əsirlərin, günahsız öldürülənlərin sayını kim deyə bilərdi? Bütün ölkə əsir ermənilərlə dolu idi: həm din xadimləri, həm din xadimləri, həm dindarlar (xristianlar), həm də dinsizlər qırıldı. Bu hal bizə günahlarımıza görə gəldi; Xüsusən də ruhanilərimiz kilsəyə yaxşı xidmət göstərmədiyinə və mürtədlər dindən uzaqlaşdığına görə Allah bizə bir nemət oldu.

O (Tamerlan) əsirləri və əldə etdiyi qənimətləri götürüb gəldiyi yerə qayıtdı. Bundan sonra həlak olanların yaxınları gəlib ermənilərin sağalmaz yaralarını görüblər. Ağlama səsləri səmaya qalxdı. Biri “oğlum, vay” deyə qışqırırdı, biri də “ata, vay” deyə ağlayırdı. Vaspurakan ölkəsinin bütün bölgələri ahu-zarla doldu. Çünki iz buraxmadan yoxa çıxan bir dost-tanış yox idi. Bütün ölkə dağıdıldı, bütün ermənilər külə döndü. Erceşdən İberiyaya. Ağvanın Kür çayına qədər bütün ölkə əzab və işgəncələrə məruz qaldı, xalqı qırıldı, əsarətə düşdü, günahsız insanların qanına bulaşdı.

O (Tamerlan) gedəndən sonra ölkəmizi dəhşətli aclıq bürüdü. Aclıq hər yerə yayılmışdı. İt və pişikləri yeyəndən sonra xalq öz oğul və qızlarını yeməyə başladı: ər arvadını, arvad ərini yedi; İnsanlar bir-birini öldürür, bir-birini yeyir, doymur, sonra özləri ölürdülər. Gözümüzlə gördüyümüz, qulağımızla eşitdiyimiz hər şeyi təsvir etməyə iradəmiz çatmır, çünki bu, insan nəslinin yox olması idi”.

Əmir Teymur 1398-ci ildə Dehlini tutduqdan sonra Ön Asiyaya yeni bir səfərə çıxır. “Yeddillik yürüş” adı ilə tanınan bu yürüş mənbələrdə “Gürcüstan”, və ya “Gürcü-Erməni” yürüşü adlanır. Çünki yürüdən əvvəl Əmir Teymur bu iki qövmü yox etmək, və ya onları ümumi siyasət səhnəsindən kənarlaşdırmağı planlaşdırırdı. Yürüşün əsas səbəblərindən biri Teymurun oğlu Miranşahın eyş-işrətlə məşğul olması, üsyanları yatıra bilməməsi, Əlincənin mühasirəsinin davam etməsi və s. idi. Miranşah Şəkinin Oyrat hakimi Seyid Əliyə lazımsız yerə hücum etməsi ilə o, gürcülərlə ittifaq bağlamışdı. Ölkədəki digər üsyan və hakimlərin gürcü-ermənilərlə ittifaq bağlaması Teymuru əsəbləşdirmişdi.

“Zəfərnamə” əsərində verilən məlumata görə Əmir Teymur Hindistandan paytaxt Səmərqəndə qayıtdıqdan sonra, İran məmləkətlərinə, xüsusiylə Azərbaycana və ona bağlı yerlərə gürcü və erməni əsgərləri tərəfindən təcavüzlər vaqe olduğunu, buna görə də rəiyyətlərin zərər gördüyünü xəbər aldı. Əmir-i humayun namus və qeyrətinə toxunan bu hala görə səkkiz yüz ikinci ildə (3.IX.1399-21.VIII.1400) hərəkətlə Xorasana doğru yola düşdü. Sultaniyə yolundan keçərək Təbriz Qarabağlarına gəlib, orada nazil oldu və o səhraları çadırları və bayraqları ilə işğal etdi, ordunu təftiş ilə əsgərlərin hamısına ulufə və yeyəcək verdi. Teymur 1399-da Azərbaycana gəldiyi zaman keçirdiyi qurultayda gürcü və ermənilərə qarşı səfər təşkil edilməsi qərarı alınmışdı.

1399-cu ildə Teymur şərqi Ermənistandakı Qaqat qalasını darmadağın edərək oranın erməni əhalisi məhv etdi. 1400-cü ilin yaz aylarında Teymur Gürcüstana girərək oranı darmadağın etdi. Xristianlara qarşı yürüşü davam etdirən Teymur 1403-cü ildə Berts qalasını tutur.

Metsoplu Foma yazır: “O (Tamerlane) ikinci dəfə gəlib Ərzinkə şəhərinə yaxınlaşdı və döyüşsüz onu aldı, müqəddəs Sarkisin möhtəşəm kafedral kilsəsini təməlindən dağıtdı. Təbii ki, o, buradakı Tahartan və şəhərdə yaşayan taciklərin yalanlarına inanıb, digər kilsələri dağıdıb. Bizim Vartanetimiz Hohann Borotnetsinin Şakiri idi Kevork onun yanına getdi. Mundar (Teymur) qorxusundan dəhşətə gəldi. Dodağı çatladı və qan axdı. Bu Allahın adamı ağlaya-ağlaya qayıtdı. Çünki bütün kilsələrin dağıdılması əmri verilmişdi. Bu, bizə böyük problem yaratdı”.

Nizaməddin Şami və Şərafəddin Əli Yəzdinin verdiyi məlumata görə Berd qalası məsələsi tamamilə həll edildi. Bu belə müəzzəm bir iş idi ki, bundan daha böyüyü və müşkülü heç kimsənin xatirindən keçməzdi. Belə bir işin həlli üçün ayların, illərin sürəcəyi zənn olunurdu. Halbuki çox az bir zamanda xitam oldu. Əmir həzrətləri bundan sonra daha böyük işlərə təşəbbüs etmək istədi. Buna görə də ermənilərə qarşı qazavat məsələsini ciddi sayaraq, Şeyx Nurəddin Bahadur, Əmir Şah Məlik Bahadur kimi əmirləri ucu-bucağı olmayan müəzzəm bir ordu ilə əvvəldən göndərib Abxaz hüdudlarına qədər irəliləmələrini əmr etdi və özü hərəkətlə bir neçə gündən sonra Ərmən vilayətinə vasil oldu.

Yeddi yüzə qədər kilsə, qəsəbə, tarla qarət etməklə bərabər əlinə keçəni doğradı, cəsədləriylə quşlara, qurdlara ziyafət verdi. Kilsələrini yandırıb dağıtdı, bostanlarını, ağaclarını, üzüm bağlarını xarab etdi. Ağaclarını kökündən çıxartdı, bəzisini yandırdı, nə qədər mümkünsə o qədər təxribat etdi. Rəbiüləvvəlin on ikinci, bazar ertəsi günü (29.IX.1403) əmirlər ilqardan müzəffər olaraq qayıtdılar. Bir neçə gün əyləncələrdə oldular. Ayın on səkkizinci, cümə gününü (5.X.1403) Əmir həzrətləri ovda keçirdi. Bundan sonra vəhşi heyvanlardan fərqi olmayan erməniləri də ovlamaq, onları da heyvanlar halına gətirmək məqsədiylə yola çıxdı. Lakin bundan əvvəl Əmirin əsarəti altında olan gürcülərin mötəbər əmirlərindən birini göndərdilər. Bu adam Georgini Əmirin hərəkətindən xəbərdar edərək ona: «Əgər Əmir qeyz və kinli hərəkətə gəlirsə, belə Georgi kimilərdən minlərini intiqam pəncəsində məhv edər. Əgər bu ordunun qabaqcıl hissəsi bir-iki mənzil Abxaz tərəfə yaxınlaşarsa, Ermənistan və ermənilərdən yerindən və yurdundan heç bir əsər qalmaz-dedi: Ermənilər Əmirin ordusunun əsgərləri qarşı-qarşıya gəldiyi təqdirdə ermənilərdən bir canlı qalmayacağını anladılar.

Bu barədə səyyah Klavixo da öz səfər gündəliyində yazır: “Bizə dedilər ki, təxminən bir il bundan əvvəl Teymur bu yerdən keçərkən ermənilərə məxsus bütün kilsələrin sökülməsini əmr etdi. Ermənilər öz kilsələrini məhv olmaqdan xilas etmək üçün, öyrəndiyimiz kimi, Teymura hər bir asperin dəyəri yarım real gümüş olan 3000 aspers hədiyyə etmişdilər və o, hədiyyəni qəbul etmişdi, lakin yenə də səbirsizliklə bu kilsələrin sökülməsini əmr etmişdi”.

Əmir Teymurun ermənilərə qarşı yürüşlərində ən məşhuru 1493-cü ildə Sivasda bir xristian qalasının tutulması zamanı yaşanan hadisələrdir. Belə ki, Əmir Teymurun təslim tələbinə qala komandanı qan tökülməmək razılıq verir. Əmir Teymur şərti qəbul edir və qoşun şəhərə girir. Təzminat məsələləri müzakirə edilərkən qala ətrafında və divarlarda 4000-ə yaxın erməni əsgər Teymurun əsgərlərinə hücum etməyə başlayır. Teymur isə bundan əsəbləşərək həmin çuxur qazdırır, həmin 4 min əsgəri bağlayıb çuxurlara doldurur, üzərlərinə soyuq su tökür və torpaqlayır.

Bundan sonra süvari dəstələrinə çuxurların üzərində çapmaq əmir olunur. Mənbələrin məlumatına görə Teymur bununla şərtə əməl edib qan tökmədiyini ifadə edirdi. Bunu “Zəfərnamə”lər, xüsusilə Şərafəddin Əli Yəzdinin qələmə aldığı “Zəfərnamə”, xarici səyyahlar – o cümlədən yuxarıda adını çəkdiyimiz Klavixo, Nəzmi Zadə Əfəndi “Əcaibül-məqdür fi-nüvvabı-Teymur(Tatixi-Teymur) əsərində təsdiqləyir.

Yuxarıda qeyd etdiyimiz erməni müəllifi Metsoplu Foma bu barədə yazır: “Sonra ikinci ildə (Tamerlane) öz əsgərləri ilə Sebestiya şəhərinə  getdi. Bu şəhər Yunan ölkəsinin daxili hodkarı Yıldırımın hakimiyyəti altında idi. Əvvəlcə onlar (şəhər camaatı) şəhəri allahsız zalıma vermək istəmədilər, lakin o, onları aldadıb dedi: “Qorxmayın, kim sizə qarşı qılınc qaldırmaq istəsə, ürəyi parçalanar. Onlar şəhərin darvazasını açıb zindandan çıxanlar kimi böyük sevinclə Onun önünə çıxdılar və çıxdılar. Eyni zamanda əsgərlərə amansız əmrlər verilirdi. “Kasıblar əsir götürülməli, varlılara işgəncə verilməli və var-dövlətləri əlindən alınmalı, qadınları at quyruğuna bağlayıb atlar sürətlə sürülməli, düzənliyə çoxlu sayda oğlan və qız yığılmalıdır,  sonra taxıl səbətləri kimi düzülməli və at qoşquları ilə daş sallar sürülməlidir”.

Müəllif: Xanlayev Pənah

Ədəbiyyat siyahısı:

  1. Cherefaddin Ali – The History of Timur bec, vol II, London, 1911, 430 p;
  2. Clavijo – Embassy to Tamerlane, 1403-1406, translste – Guy Le Strange Broadway House, London, 1928, 375 p;
  3. Nazmi-Zâde Efendi – Acâibü’l-makdûr fi-nüvvâb-ı Timur, yüksek lisans tezi, Muhammer Aksoy, Kars, 2012, 169 s;
  4. Nizaməddin Şami – Zəfərnamə(Azərbaycanın və qonşu ölkələrin tarixinə dair iqtibaslar), tərcümə – Ziya Bünyadov, Elm, Bakı, 1992, 40 s;
  5. Süleyman Özdemir – Timurun Ermenistan ve Gürcistan fethi , İstanbul Üniversitesi Edebiyat fakültesi, İstanbul, 1965-66, 16 s;
  6. Шараф ал-Аин Али Йазди – Зафар-наме, перевод – Ашрафа Ахмелова, Ташкент, издательство журнала «SAN’AT»,2008, 486 c;
  7. Toma Metsopski”nin “Timurlenk ve Haleflerinin tarihi”, çevriri – Gürsoy Solmaz, Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi(11), 2010, 183-215 s.

Comments are closed.