Qanuni Sultan Süleymanın Fransa kralı və anasının məktublarına verdiyi cavabda bu sətirlər var:

“Mən sultanlar sultanı, xaqanlar xaqanı, hökmdarlara tac bəxş edən, Allahın yer üzərindəki kölgəsi, Aralıq dənizinin, Qara dənizin, Rumelinin, Anadolunun,.. Diyarbəkrin, Misirin, AZƏRBAYCANIN, Əcəmin,.. dəxi neçə məmləkətlərin sultanı.. sultan Süleyman xan”.

I Şah İsmayıl vəfat etdikdən sonra hakimiyyətə gələn I Şah Təhmasib də atasının siyasətini davam etdirərək, osmanlılara heç bir güzəştə getmədi.

I Süleyman dörd dəfə Azərbaycana yürüş etsə də, qızılbaşların müqavimətini qıra bilmədi. Əvvəlki illərdə osmanlılara qarşı “yandırılmış torpaq” siyasəti yürüdən I Təhmasib bu müharibə ərzində bir neçə dəfə Osmanlı ərazisinə uğurlu yürüşlər də etmişdi.

1555-ci il mayın 29-da imzalanmış Amasya sülh müqaviləsi ilə müharibəyə son verildi. Bu müqavilə Osmanlı dövləti ilə Səfəvi xanədanı arasında bağlanmış ilk rəsmi sülh müqaviləsi oldu. Amasya sülh müqaviləsinə görə, Qərbi Gürcüstan vilayətləri (İmereti çarlığı, Menqreliya, Quriya) Osmanlının təsir dairəsinə, Şərqi Gürcüstan vilayətləri (Mesxiya, Kartli, Kaxetiya) isə Qızılbaşların hakimiyyəti altına düşürdü. Şərqi Anadoluda olduğu kimi Ərzurum, Şəhrizor və Vanda da bir neçə bufer zonası quruldu. Qars neytral elan edildi və mövcud qalası dağıdıldı.

Beləliklə, harda gördük ki, Sultan Süleyman Azərbaycanın sultanı oldu? Müqaviləyə görə Azərbaycan Qızılbaş hakimiyyəti altında qalmağa davam etdi.

Comments are closed.