Tarixdən oxuduğumuz budur:
Əbülmüzəffər Şah İsmayıl Bahadur xan, 1501-ci ildə Bakı, Şamaxı və Təbrizi tutduqdan sonra ənənəvi Azərbaycan şahənşahı, 1502-ci ildə isə İran şahənşahı titulunu aldı.
Öz tarixini inkar edən, öz keçmişini şübhə altına alan bəzi kimsələr, Şah İsmayılın “İran şahənşahı” tituluna ilişib deyirlər ki, bu, Səfəvilərin məhz İran dövləti olmasına dəlalətdir.
Yaxşı, onda bu hökmdarların titullarına da bir fikir verin:
1. Makedoniyalı İsgəndərin hakimiyyətinin 13 ili ərzində – Makedoniya Kralı, Yunan Birliyinin Hegemonu, Misir Fironu, Persiya Şahı titulları da daxil olmaqla, bir neçə titullara sahib idi.
2. İmperator Napoleon – Allahın lütfü və Respublika Konstitusiyası ilə Fransa İmperatoru, İtaliya Kralı, Reyn İttifaqının Himayəçisi və s.
3. Ümumrusiya imperatorlarının titulu: ..İberiya, Kartli hökmdarı..Türküstan hökmdarı; Norveçin varisi, Şlezviq-Qolstin hersoqu.
4. Qaraqoyunlu Qara Yusif və Ağqoyunlu Həsən Bayandur “İran padişahı” titulunu daşıyırdılar.
Beləliklə sual yaranır.
“İtaliya kralı” titulunu daşıyan Napoleonun dövləti İtalyan idimi?
Persiya kralı, Misir fironu tituluna sahib İsgəndərin dövləti Misir və ya Persiya dövlətinə mənsubluğunun dəlaləti idimi?
Rusiya dövlətinə kim “Bu bir türk dövləti idi” deyə bilər?
İranda kim deyə bilər ki, “İran padişahı” tituluna sahib Həsən Bayandurun və Qara Yusifin dövləti İran mənşəlidir?
Comments are closed.