– Çaldıran döyüşündən sonra, dünyasını dəyişənədək Şah İsmayıl öz sarayınən bir güşəsinə çəkilib qəmli şeirlər yazmiş və bir daha əlinə qılınc almamışdır.

Bu ağ yalandır. Şah İsmayıl Gürcüstana dəfələrlə yürüş etmişdi.

1518-ci ildə həyata keçirdiyi yürüş nəticəsində o, gürcü hakimini yenidən özünün vassalı etdi. 1522-ci ildə isə Tiflisdə qızılbaş ordusundan ibarət qarnizon yerləşdirdi.

İmereti çarı məğlubiyyətdən sonra Osmanlı imperiyasına sığındı və oradan türk ordusu ilə birlikdə qayıtdı. Lakin Dəbildə döyüşdə qızılbaşlar Osmanlı ordusunu darmadağın edib, həmin qoşunun sərkərdəsini öldürdülər.

Bu, həm də əsassız olaraq səsləndirilən “Şah İsmayıl və ümumiyyətlə Səfəvilər xristianlarla savaşmayıblar” uydurmasına əsaslı cavabdı.

Comments are closed.