Daha bir saxtakarlıq
Hay dili hind-Avropa dil ailəsinə XIX əsrdə daxil edilmişdir. Bu, Qərbin Şərqə ekspansiyasının güclənib yeni mərhələyə keçdiyi dövr idi.
Qərblilər müstəmləkəçilik siyasətində istifadə etmək üçün yeni üsul, vasitə və ideyalar axtarırdılar. Məhz belə bir zamanda hind-Avropa nəzəriyyəsi ortaya atıldı. Avropa dilçiləri hind və İran dillərinin Avropa dilləri ilə eyni kökdən olması fikrini irəli sürdülər.
Sözügedən dillər arasında müəyyən ortaq nöqtələrin mövcudluğunu nəzərə alaraq bu iddia ilə razılaşmaq mümkündür. Halbuki türk və hətta digər Altay dilləri ilə hind-Avropa dilləri arasında da leksik oxşarlıq kifayət qədərdir. Amma hər halda hind-Avropa dilləri ilə Altay, Ural, Dravid dillərini bir-birindən fərqləndirən əsas cəhət onların lüğət tərkibi deyil, quruluşlarıdır. Hind-Avropa dilləri flektiv, Altay, Ural və Dravid dilləri isə iltisaqi quruluşludur.
Qeyd etmək lazımdır ki, erməni adlandırdığımız hay dili hind-Avropa dillərindən fərqli olaraq iltisaqi quruluşa malikdir. Sözsüz ki, bu məsələ o dövrün ermənişünaslarına yaxşı məlum idi. Amma siyasət tələb etdiyinə görə erməniləri avropalıların və rusların “qardaşı” elan etdilər. Onu da vurğulamalıyıq ki, XIX–XX əsrlərdə bədnam erməni xalqının həm öz başına, həm də ona sığınacaq vermiş türk xalqının başına gətirdiyi bəlaların hamısının qaynağı məhz bu saxta qardaşlıq, onun doğurduğu yalançı ümidlər və sonsuz iddialar oldu.
Yazımızın birinci hissəsində göstərdik ki, hay dili öz strukturuna görə hind-Avropa dillərindən kəskin şəkildə fərqlənir. Bəs bu dilindəki əsas sözlərin əksəriyyəti hind-Avropa dillərindəki analoji sözlərlə eyni mənşəyə malikdirmi? Həmin məsələni də araşdırmağa çalışaq və eyni zamanda onu da nəzərə alaq ki, müxtəlif dillərin leksik tərkibləri arasında uyğunluqlar onları bir-birinin genetik qohumu etmir. Belə hallarda söhbət yalnız mədəni əlaqələrdən və mənimsəmələrdən gedə bilər.
Rənglər: hay – türk – fars – rus – ingilis – fin – monqol
sbidaq – ağ, şurə – səfid – белый – white – valkoinen – tsaqaan
sev – qara, xura – siyah – черный – black – musta – xara
qabuyd – göy, kəvak – abi – голубой, синий – blue – sininen – xöx
qanaç – yaşıl, simes – səbz – зеленый – green – vihrea – noqoon
değin – sarı – zərd – желтый – yellow – keltainen – şara
moxra – boz – xakəstəri – серый – grey – harmaa – bor, saraal
qarmir – qırmızı, al, xerle – qermez – красный – red – punainen – ulaan
narınca – narıncı – narenci – оранжевый – orange – oransii – ulbar şara
şaqana – kürən – qəhvəi – коричневый – brown – ruskea – xüren
Şərh. Hay dilindəki “sbidaq” (ağ), “sev” (qara), “qarmir” (qırmızı), narınca (narıncı) sözləri fars dilindəki “səfid”, “siyah”, “qermez”, “narenci” sözlərinə bənzəyir. Amma erməni dilindəki “moxra” (boz) və qabuyd (göy) sözləri ilə moğol dilindəki “bor” (boz) və çuvaş dilindəki “kəvak” (göy) sözlər arasında da oxşarlıq vardır.
Qeyd etmək lazımdır ki, türk dillərindəki “sarı”, “qırmızı”, “narıncı” və “simes” (yaşıl) sözləri fars dilindəki “zərd”, “qermez”, “narenci” və “səbz” (yaşıl) sözlərinə daha çox bənzəyir.
Sıra sayları: hay – türk – fars – rus – ingilis – fin – moğol – dravid
1. meq – bir, perre – yek – один – one – yksi – neq – ondu.
2. yerqu – iki, ikke – do – два – two – kaksi – xoyör – eradu.
3. yerek – üç, ös, vişşe – sə – три – three – kolme – qurav – mudu.
4. çors – dörd, təvattə – çahar – четыре – four – nelja – döröv – naluqu
5. hink – beş, pillek – pənc – пять – five – viisi – tav – anqcu
6. vets – altı, ulttə – şeş – шесть – six – kuusi – zurqaa – aru
7. yot – yeddi, jeti, sette, ete – həft – семь – seven – seitseman – doloo – edu
8. ut – səkkiz, higez, sakkər – həşt – восемь – hight – kahdeksan – naym – ettu
9. inə – doqquz, təxxər – noh – девять – nine – yhdeksan – yesun – tommidi
10. dase – on, vunnə – deh – десять – ten – kymmemen – arvan – pattu
Şərh. Hay rəqəmlərindən yalnız “çors” (dörd), “hink” (beş), “inə” (doqquz) və “dase” (on) hind-Avropa rəqəmlərinə (fars: 4–çahar, 5–pənc; ingilis: 9–nine, rus: 10–десять) bənzəyir. Eyni zamanda qeyd etməliyik ki, nəinki beşdən yuxarı rəqəmlər, həm də beşə qədərki miqdar sayları da dilin leksik tərkibinin əzəli hissəsi olmaya bilər.
Onu da vurğulayaq ki, türk dillərindəki dörd, beş, sette (7) və higez ( sözləri ilə hind-Avropa dillərindəki analoji sözlər arasında da eynilik vardır.
Digər tərəfdən isə, hay dilindəki “meq” (bir) sözü moğol dilindəki “neq” (bir) sözünə, “yot” (yeddi) sözü isə türk dillərindəki “yeddi” sözünə oxşayır. Həmçinin hay dilindəki “yerqu” (iki) və “yerek” (üç) sayları ilə moğol dilindəki “xoyör” (iki) və “qurav” (üç) sayları arasında da müəyyən bənzərlik mövcuddur.
Eləcə də hay dilindəki “yerqu” (iki), “hink” (beş), “yot” (yeddi) rəqəmləri ilə dravid dillərindəki “eradu” (iki), “anqcu” (beş), “edu” (yeddi) rəqəmləri arasında oxşarlıq müşahidə olunur.
Haşiyə. Hay dilində on birdən yuxarı miqdar sayları iltisaqi dillərdə olduğu kimi yaranır. Məsələn, dasnmeq (on bir), dasnyerqu (on iki), dasnhink (on beş) və s.
Haycadakı “hink”in (beş) farscadakı “pənc”ə (beş) bənzədiyini qeyd etdik. Amma nəzərə almalıyıq ki, fars dilindəki “pənc” (beş), türk dilindəki “beş” və fin dilindəki “viis” (beş) sözləri bir-birinə daha çox oxşayır. Fin dilindəki “yksi” (bir) sözü fars dilindəki “yek” (bir) sözünə, “seitseman” (yeddi) sözü isə rus dilindəki «семь» (yeddi) və ingilis dilindəki “seven” sözlərinə bənzəyir. Lakin heç bir dilçi belə oxşarlıqları əsas götürərək fin dilini hind-Avropa ailəsinə daxil etməyib. Sözsüz ki, dilçilər bu məsələdə haqlıdırlar. Amma hay dilinə gəlincə, görürük ki, tamamilə fərqli, elmdən çox uzaq bir yanaşma tərzi nümayiş etdirilmişdir.
Ardı var…
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Comments are closed.