Şah və mat!
Faktoloji bazamızı möhkəmləndirək
Rusiya Federasiyası arxivindən aşkar edilən 1920-ci il tarixli sənəd açıq şəkildə Zəngəzurun, AXC süqutundan və burada ASSR yarananda da Azərbaycan sərhədləri çərçivəsində olmasına dair möhkəm sübutdur.
Teleqramda deyilirki, Azərbaycan Sovet Respublikası Ermənistan hökümətinə ultimatum qoyur:
1. İlk növbədə ermənilər öz hərbi birləşmələrini Qarabağ və Zəngəzurdan çıxarmalı
2. Öz sərhədlərinə geri çəkilməli
3. Millətlərarası qırğına son qoymalı
Əks təqdirdə Azərbaycan Sovet Respublikası özünü Ermənistan Respublikası höküməti ilə müharibə şəraitində biləcək.
Bununla biz hansı nəticəni çıxarırıq?
Qarabağ və Zəngəzur Azərbaycan XC, daha sonra isə Azərbaycan SSR ayrılmaz parçası idi və burda qurulan Sovetlər höküməti bunu qəbul edirdi. Yəni bu ərazilərin o zamanlar mübahisəli olması haqqında söhbət belə gedə bilməz.
Aşkar etdiyimiz bu sənəd gündəmdə olan Zəngəzur məsələsinə bir töhfəmiz olsun.
Rusiya Federasiyası dövlət arxivi, (Ф. Р – 130, Оп.4, Д.600)
Comments are closed.