Papağın üzərində ərəb əlifbası ilə: “Güc və qüvvəyə (qüdrət) ancaq Ulu və Əzəmətli Allahın köməyi ilə nail olmaq olar”.
Yan tərəflərdə Nəsr surəsindən ayə və dualar yazılıb.
Geyimdə bu cür yazılar nəzərdən, bəd duadan qorunmaq üçün edilirdi.
Bu tip baş geyimləri ərəbcə “kalansuva” adlanır. Bu növ papaqlar Azərbaycan ərazisində hələ İslam dininin yayılmasının ilkin dövrlərində istifadə olunurdu.
Mənbə: Bir qrup gürcü tarixçisi və sənətşünası tərəfindən tərtib edilmiş kitab-albom “Qarabağ xanlığı – tarixi və mədəni kimliyi”, 2022.
Nəşr, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın tarixi irsinin təbliği çərçivəsində həyata keçirilibdir.
Comments are closed.