Gürcüstan arxivləri də təsdiq edir: Tarixən “Qarabağ – Azərbaycandır!”
Gördüyünüz bu nadir bayraq Azərbaycan irsinə aid olan və hal-hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan çoxsaylı artefaktlardan biridir. Bayrağın şəkili Heydər Əliyev Fondunun himayəsi və AR XİN-nin dəstəyi ilə nəşr olunan Eldar Nadiradzenin “Qarabağ xanlığı-tarixi və mədəni kimliyi” albom – kitabında yer alır.
Bu gün, Xarici İşlər Naziri Ceyhun Bayramov tərəfindən Beynəlxalq Şuşa Forumunun iştirakçıları – xarici ekspertlərə təqdim olunan kitabda, Qarabağda Azərbaycan irsinə aid 300-dən çox artefakt əks olunub. Lakin onlardan ən vacibi şübhəsiz, Qarabağ xanlığı dövrünə aid edilən ştandart tipli bayraqdır.
Bayrağın içərisində Günəş və Aslan təsvir olunub. Bilindiyi kimi bu ikili simvol – Qızılbaş dövləti və Səfəvi sülaləsinin rəsmi rəmzlərindən biri olub. Burada günəş taxt, şir isə taxtın keşikçisi anlamına gəlirlər. Eyni zamanda Günəş, Səfəvilərin nəsil şəcərəsinin ulu əcdadı sayılan Həzrət Əlinin də rəmzidir, “Allahın Aslanı” (Əsədullah) isə onun künyasidir. Bununla yanaşı aslan təsvirləri günəş və aydınlıq simvolu olaraq qədim türk inancında geniş yer almışdır.
Beləliklə, gürcü arxivlərində tapılan və Qarabağ xanlığına aid edilən bu ilk bayraqdan da göründüyü kimi, Qarabağ xanlığı məhz tarixi Qızılbaş-Azərbaycan dövlətçiliyi ənənəsinin davamı olmuşdur.
P.S. “Milli Kimlik” layihəsi adından, Qarabağda Azərbaycan irsinə diqqət və obyektiv tədqiqata görə gürcü alimlərinə, həmçinin layihəni əlaqələndirən Avrasiya Beynəlxalq Assosiasiyasının rəhbərliyinə minnətdarlığımızı bildiririk.
Comments are closed.