SSRİ DTK sədrinin birinci müavini Filip Bobkov “KQB və hakimiyyət” kitabında 1988-ci ilin fevralında Ermənistandan olan azərbaycanlı qaçqınların Sumqayıtda olması və onlara qarşı zorakılıq faktlarından bəhs edir.
Bobkov yazır:
“Sumqayıtda ən azı beş min sakin şəhər partiya komitəsinin qarşısına toplaşmışdı.
Ermənistanın Qafan rayonundan qaçan azərbaycanlıların meydana çıxması və ermənilərin əsasən azərbaycanlıların yaşadığı ərazilərdə törətdiyi soyqırımlardan danışması ilə gərginlik pik həddə çatmışdı.
Şairə Silviya Kaputikyanın Ermənistan televiziyasında Moskvada M.S.Qorbaçovla görüşü barədə süjetlə çıxışı vəziyyəti daha da gərginləşdirdi…”.
Daha sonra Bobkov yazır:
“Yenə də kimin birinci başlaması, kimin daha çox günahkar olması haqqında mübahisə etmək olar – Azərbaycan, yoxsa Ermənistan tərəfi – amma fakt faktlığında qalır:
ilk qurbanlar azərbaycanlılar olub. 1988-ci il fevralın 22-də Əsgəran rayonunda iki nəfər öldürüldü: üzüm bağlarında işləyən kəndli və erməni atıcısına şübhəli görünən oğlan.
Yəni, hələ Sumqayıt hadisələrindən əvvəl vəhşilik və qətllərlə müşayiət olunan azərbaycanlı əhalinin Ermənistandan zorla deportasiyası başlandı və azərbaycanlıların ilk qanı Azərbaycanın özündə, Dağlıq Qarabağda töküldü ki, bu da bardağı daşıran son damla oldu.”
Qeyd edək ki, 1988-ci il fevralın 27-28-də rəsmi məlumatlara görə Sumqayıtda 32 nəfər həlak olub ki, onlardan 6-sı, erməni qonşularına evlərində sığınacaq verən azərbaycanlılardır!
400-dən çox yaralı arasında azərbaycanlıların sayı ermənilərin sayından tamamilə çoxdur.
(Sumqayıt hadisələri üzrə istintaq materialları. SSRİ Prokurorluğu. Cinayət işi No 18/55461-88)
Comments are closed.