Din siyasətində ifrata varmayan hökmdar
Təhmasibin dini siyasətinə gəlincə, o qızılbaşlıq məsələsində həddən artıq loyal olub. Mənbələrin verdiyi məlumata görə, onun baş hərəmi faktiki olaraq, Nəqşibəndi təriqətindən olan xanımdır.
Onun ərazilərində şiəliyin, qızılbaşlığın zorla təbliği problemi olmayıb. Əksinə, 1538-1551-ci illərdə Səfəvilərin tərkibinə qatılan Şirvan və Şəki o zaman sünnilərin daha çox olduğu bir bölgə idi.
Lakin biz orada təriqət, mənsəb mənsubiyyətinə görə hər hansı qırğın olduğunu görmürük. Bu isə bir daha göstərir ki, Təhmasib dini siyasətdə ifrata varan hökmdar deyildi. Onun üçün İslam dini bütöv idi.
Belə olmasaydı, o, məşhur kəlməsini işlətməzdi:
“Qoy, mənim oğlanlarım ölsün, əgər kafirlərlə döyüşən müsəlman ordusuna arxadan hücum etsəm”. Əgər Təhmasib İslam dininin bütövlüyünü istəməsəydi, Sultan Süleymana məktubunda:
“Qurani-Kərim” bizə kafirlərlə döyüşməyi buyurub, öz din qardaşlarımıza qarşı deyil. Təhmasib Sultan Süleymanı mənsəb düşməni saymırdı.
BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, Kərəm Məmmədli
“Qurani-Kərim” bizə kafirlərlə döyüşməyi buyurub, öz din qardaşlarımıza qarşı deyil” – Şah Təhmasib Səfəvi
In
Tarix
Comments are closed.