Ramiyan, İranın Gülüstan (Astarabad) vilayətində yerləşən kiçik türk-qızılbaş şəhəridir. Buranın 12 min əhalisi var.
Bütün İrandakı kimi, burada da türk dilində təhsil olmasa da, qızılbaşlar öz ana dillərini qoruyub saxlayırlar.
Onlar Azərbaycan türkcəsinin özlərinə məxsus şirin bir ləhcəsində danışırlar.

Ramiyan əhalisi 6 böyük qızılbaş elinə aiddirlər və demək olar hamısı öz elinin adını soyadında daşıyır: Rəcəblilər, Qovanlılar (Qacarlar), Yazarlılar, Sadıqlılar, Baylar və Kağızlılar.

Abbasqulu ağa Bakıxanov «Gülüstani-İrəm»
əsərində belə deyir:

“İrəvan, Gəncə və Qarabağ əhalisi və əmirlərinin çoxu qacar nəslindən olduğu üçün onlar çox vaxt Şirvan ölkəsində sakin və hökmran olmuşlar. Buna görə Dağıstan əhalisi bu hüdud sakinlərinə indi də qacar deyirlər.
Şah Abbas Səfəvi 30.000 qacar ailəsini buradan köçürdüb Xorasanın Mərv nahiyəsində və Astarabadın Mübarəkabad qalası ətrafında yerləşdirdi. İranda hökumət sürən indiki şahların sülaləsi Astarabad qacarları nəslindəndir.

Doğrudur, “Məasiri-sultaniyyə” müəllifi bu sülaləni Astarabadın qədim qacar sakinlərindən sayır, lakin bunların babalarının Gəncə-Şəmkir ətrafında olmaları xalq arasında məşhurdur.
Şəmkir şəhəri xarabalarının aşağı tərəfində çayın sol sahilində onların yurdları, ev və səkilərinin yeri Mehdibəyli adı ilə indi də görünməkdədir.”

İstinad: @qizilbashunity

Comments are closed.