İbrahim əl-Müntəsiri öz əsərində yazır: “Ərdəbil və onun ətrafında geniş vüsət alan Səfəvi sufi ordeni, öz başlanğıcını Gilan şəhərindən götürmüşdür.
Şeyx Zahid Gilani tərəfindən əsası qoyulan təriqət daha sonra yarı əfsanəvi, yarı real tarixi şəxsiyyət, (1252–1334) tərəfindən inkişaf etdirilmişdir.

Zahid Gilaninin kürəkəni və ən sevimli tələbəsi Səfiuddin İshaq gənc yaşlarında olsa da çox xarizmatik dini ideoloq mövqeyinə yüksələ bilmiş və çox güman ki, təriqət onun təxəllüsü əsasında “Səfəviyyə” adlandırılmağa başlanmışdı.
Əfsanəyə görə Şeyx Səfi bir gecə yuxusunda özünü Ərdəbil məscidində oturarkən görmüşdü. Qəfildən doğan günəş parlayaraq bütün dünyanı aydınladır. Bunun mənasını öz xacəsi Şeyx Zahiddən soruşan Səfi şad bir xəbər alır. Şeyx Zahid ona “müjdələr olsun oğul, zaman gələcək və nəvələrindən biri bu məmləkətə padşah olacaq” demişdi.
Sonradan Gilandan Ərdəbilə köçən Şeyx Səfiəddin bu şəhərdə məskunlaşır və qısa zaman kəsiyində şəhərdə böyük hörmət və tərəfdar ordusu toplayır. Səfəvi nəsli o qədər nüfuz sahibinə çevrilir ki, zamanla Ərdəbilin irsi hakimlərinə çevrilirlər.

Şeyxin yuxusu isə 200 il sonra gerçəkləşir.

Fuad Şahbazov – “Səfəvilər İmperatorluğu 1501-1736” əsərindən

Comments are closed.