Naxçıvan xanlığının işğalından sonra ruslar tərəfindən Naxçıvanın ilk təsvirlərindən olduqca maraqlı bir qeyd:

«Naxçıvan dairəsinin sakinlərini mənəvi və fiziki keyfiyyətləri ilə əlaqədar olaraq, artıq söyləmişdik ki, yarı köçəri həyat tərzi sürən tatarlar [azərbaycanlılar] fasiləsiz fəaliyyətlə daha cəsarətli, hətta döyüşkən bir xarakter nümayiş etdirirlər; əksinə, ermənilər oturaq həyat tərzinə, sənətkarlığa və ticarətlə məşğul olmağa üstünlük verirlər; və ən flegmatik quruluşları olduqlarına görə, savaşa qabiliyyətləri azdır».

Şəkildəki Naxçıvandan olan kəngərli atlılarının döyüş bayrağıdır.

Qaynaq: В. Григорьев, «Статистическое описание Нахичеванской провинции», səh. 40

İstinad: irs_azerbaijan

Comments are closed.