“Bu [XVI] əsrdə İraqda tikilmiş memarlıq kompleksləri Səfəvi abidələri ilə zənginləşdi.
XVI əsrin ilk onilliklərində İraq ərazisi Səfəvilər dövlətinin tərkibində idi və məhz həmin dövrdə memarlıq əlaqələri bu ölkədə öz nəticələrini vermişdir.
“Böyük ərazidə güclü teokratik dövlət qurmuş Səfəvi sülaləsi öz dini təriqətini daha geniş təbliğ etmək üçün İraqda olan şiə müqəddəslərinin qəbirləri üstündə monumental türbə məscid kompleksləri tikdirirdi.
Beləliklə, XVI yüzildə Bağdad, Samarra, Kərbəla və Nəcəfdə Azərbaycan Səfəvi dövlətinin saray memarlarının başçılığı ilə bir-birindən təntənəli binalar ucaldılır.
Bu işdə I Şah İsmayıl xüsusilə fərqlənmişdir”.
Şah İsmayılın göstərişi ilə Bağdad yaxınlığında Kazımiyyə kompleksi ucaldılmışdı. Əsası XIV əsrin II yarısında qoyulmuş, 2 günbəzli və 1 minarəli türbənin yenidən qurulması əsasında 1519-cu ildə gözəl bir kompleks əmələ gətirilmişdi. Səfəvi hökmdarının və Azərbaycan memarlarının rəhbərliyi ilə İraqda tikilmiş dini xatirə komplekslərindən ən gözəli Kərbəla şəhərindəki İmam Hüseyn türbəsidir.
Abidə 5 günbəzli, 2 minarəlidir. Kazımiyyə kompleksi istisna olunmaqla İraqda tikilmiş türbələrin hamısı iki minarəlidir.
Ümumiyyətlə, İraq uzun müddət ərzində mərkəzi vilayəti Azərbaycan olan müxtəlif iri dövlətlərin /Elxanilər Hülakular, Cəlairilər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tərkibində olmuşdur. Buna görə də İraq memarlığında Azərbaycan memarlıq ənənələrinin təsiri güclü idi”.
Mənbə:
Xeyirbəy Qasımov, “Orta Əsrlərdə Azərbaycan Mədəniyyəti”, Bakı-2008, səh.281. / Ramil Əkbərov
Səfəvilər dövründə Azərbaycan memarlığının İraq memarlığına təsiri
In
Tarix
Comments are closed.