«Azərbaycanın təmiz ab-havası və bərəkətli torpağı var; bütün vilayətin əhalisi 1 870 000 insana qədərdir, onların əsas hissəsini türk və kürd tayfaları təşkil edir, buna görə də Azərbaycan İranın [Qacar dövlətinin] ən igid əyalətidir.

Ən yaxşı döyüşçülər bu bölgədən gəlir və bu çoxdandır ki belədir, çünki hələ İbn Asima əl Kufinin «Qələbələr tarixi» kitabında Nəhavənd döyüşündəki azərbaycan əsgərlərinin sayısı birinci yeri tutur (30 000 insan).
Azərbaycanda əsgərliyə böyük cəhdlə gedirlər, həm də ona görə ki, İranda indi hökm sürən sülalə türk qanına aiddir və beləliklə öz həmtayfaları arasında etibarlı istinad axtarmalıdır, güneyli farslar arasında yox».

P.S. Həqiqətən qədim dövrlərdən bəri bu torpaq igidlər yurdu olub. Buna kim şübhə edə bilər?

Qaynaq: И. Н. Березин, «Путешествие по Северной Персии», səh. 98-99

İstinad: inst./irs_azerbaijan

Comments are closed.