“1509-cu [1508-ci] ildə Bağdadı fəth edən Şah İsmayıl Xətai, uzun müddətdən bəri orada yaşayan Füzuli ilə tanış oldu.
Ona həm bir şair, həm bir hökmdar münasibətilə xeyli iltifat etdi.
Füzulinin də Şah İsmayıldan xoşu gəlmişdi. Sonradan yazdığı “Bəngü-Badə”ni, “Padşah-ı bafərhəng” (Anlayışlı padşahın öyülməsi) bəhsindəki bu misralarla kitabını Xətaiyə həsr etdi:
Bu surahidən olmayan xoş-hal
Dürd-nisbət müdam ola pa-mal
Məclis əfruz-i bəzmgah-ı Xəlil
Cəm-i əyyam-ı Şah İsmayıl
Andan asudədir qani vü gəda
Xalladullahu muhkəhu abada”.
Mənbə:
İbrahim Aslanoğlu, “Şah İsmail Hatayî (Divan, Dehnâme, Nasihatnâme ve Anadolu Hatayîleri)”, İstanbul-1992, səh.22-23.
Ramil Əkbərov
Comments are closed.