Ümumiyyətlə qəbul edilir ki, Azərbaycanın sərhədləri (qədim yunan dilində bu toponim Atropatena kimi səslənir) antik dövrdə heç vaxt Araz (Araks) çayının şimalına qədər uzanmayıb.
Bu yanaşma, digər məsələlərlə yanaşı, Qafqaz Azərbaycanının “süniliyi” haqqında miflərin yaranmasına səbəb olmuşdur. Guya, əsl Azərbaycan ancaq Təbriz və onun ətrafıdır, Qafqazdakı ərazi deyil.
Bu miflər çoxdan bir çox elmi əsərlər, tarixi sənədlər və köhnə xəritələr vasitəsilə ifşa olunub, burada Azərbaycanın adı Araz çayının həm sağ (Təbriz), həm də sol (Qafqaz) sahillərindəki torpaqları əhatə edir.
Bu həqiqəti təsdiq edən digər köhnə sənəd isə 1807-ci ildə nəşr olunmuş “Ərşakilər dövrünün Parfiya imperiyası” xəritəsidir. Onun müəllifi – “Dünyanın ümumi atlası”nın (1794) müəllifi Robert Uilkinson, bizi maraqlandıran Cənubi Qafqaz regionunu, xüsusən də Azərbaycanı antik dövrdə ətraflı təsvir etmişdir.
Gördüyünüz kimi, Arşakilər dövründə Atropatenanın şimalı Kür və Arazın qovşağını, o cümlədən tarixi Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrini əhatə edirdi. Qədim zamanlardan bu ərazilər Azərbaycan torpaqları sayılırdı.
Bu xəritədə Ermənistanın coğrafi mövqeyi də diqqəti cəlb edir:
Van gölünün ətrafı və onun Qafqazla heç bir əlaqəsi yoxdur. Biz bu təyinatı digər köhnə xəritələrdə dəfələrlə görmüşük.
İstinad: oldmaps.amireyvaz
Qarabağ, Zəngəzur və Naxçıvan: antik dövrdə Azərbaycan torpaqları (Atropatena)
In
Tarix
Comments are closed.