18-ci əsrin son onilliyinin əvvəllərində. Həştərxanın iranlı (qızılbaş red.) diasporu qədim ticarət şəhərində nüfuzlu iqtisadi qüvvəyə çevrildi.
İranın şimal əyalətlərindən və Zaqafqaziyadan olan iranlı tacirlərinin Volqa Xəzər yolu ilə xarici ticarətdə praktiki olaraq inhisarçılara çevrilməsi ilə yanaşı, daxili şəhər ticarətində də “təbii rus tacirləri”nə layiqli rəqib oldular.
Qızılbaş tacir icması çox nüfuzlu oldu, çünki yerli istehsal sənayesinin inkişafı, Xəzəryanı ölkələr və ərazilərlə ticarət əlaqələrinin səmərəliliyindən asılı idi. Rusiyaya gətirilən xammal və ixrac olunan sənaye mallarının axını Həştərxandan keçirdi və gömrük rüsumları dövlət xəzinəsinə mühüm töhfə verirdi.
1790-cı ilə kimi, Həştərxandakı iran (qızılbaş red.) icması formalaşmaq üçün uzun bir yol keçmişdir. İlk tacirlər – “qızılbaşlar”, mənbələrə görə, Rus qalası – Kreml tikildikdən dərhal sonra, XVI əsrin sonlarında şəhərdə görsənməyə başladılar. Sonra, XVII – XVIII əsrin birinci yarısı ərzində. onlar şəhərdə bir neçə ticarət koloniyaları – karvansaralar qurdular.
Sayca, Həştərxanın iran (qızılbaş red.) icması heç vaxt böyük olmayıb. 18-ci əsrin sonlarına aid sənədlərə görə, şəhərdə daimi yaşayan iran əsilli tacirlərin sayı daimi, əksər hallarda isə müvəqqəti, birinci və ikinci tacir gildiyalarına daxil olan 10-15 nəfərdən çox deyildi.
Həştərxan limanına müvəqqəti mal gətirən bu tacirlərin şəhərdə qalanları ildə 200-300 nəfər ola bilərdi.
Həştərxanda qalanlar dini ehtiyaclarını təmin etmək üçün şəhərdə şərait yaradılacağına ümid bəsləmələri tamamilə təbii idi. XVII əsrə aid mənbələr göstərir ki, karvansaralarda (qostinıy dvor) qızılbaşların öz şiə mollaları və məscidləri olub.
1819-cu ildə taxtadan düzəlmiş köhnə məscidin yerinə daşdan Qara məscid tikildi.
1860-cı ildə yenə də, dağılmış köhnə məscidin yerinə yerində yenidən daşdan İran məscidi tikilmişdi. Onların hər ikisi günümüzə qədər mövcudiyyətini saxlayıblar.
Beləliklə, 1700-cü illərin sonunda şəhərdə ən azı iki şiə məscid var idi.
Пирова Рена, “Вопрос о персидском кладбище в Астрахани в начале XIX в.”
Comments are closed.