Xəzərin cənub sahilində, indiki İran ərazisində Səfəvilər dövrünə aid gəmi qalıqları tapılıb.
Bizim.Media “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəis müavini Vəli Cahani məlumat yayıb. Vəli Cahaninin verdiyi məlumata görə, gəminin qalıqları əyalətin Astani Əşrəfiyyə bölgəsində, Xəzər dənizində aşkar edilib.
Məlumatda 48 metr uzunluğu olan gəminin sahildən 300 metr aralıda aşkarlandığı bildirilir. Cahani aşkarlanan gəmi qalıqlarının dəqiq tarixinin müəyyən edilməsi üçün laboratoriya araşdırmalarına ehtiyac olduğunu bildirib. O, bundan öncə də eyni bölgədə, Rudsər-Astara arasında daha dörd gəminin qalıqlarının tapıldığını qeyd edib.
Comments are closed.