«Tatarlar (azərbaycan türkləri ümumiyyətlə əla atlılardır, hər nəsnə onlara döyüşkən bir ruh verir: bir neçə mil məsafəyə yola düşərkən, hər zaman yaraqlı olurlar, yaraq çiyninə asılır, tapança qayış arxasına sıxılır (nadir hallarda olsa da).

Önünde bir xəncər va yan tərəfdə qılınc, onlar yaxşı yaraqlanı çox sevirlər, lakin at qoşqularında zənginlik nadir hallarda olur. Zəngin bir bəyin laçını, ov itləri, atları, silahları, masada plovu və bir çox nökəri olmalıdır: bunlar onu adi insandan fərqləndirir. Varlıların evlərində rəngarəng çiçəklərlə boyanmış divarlar, boyalarla boyanmış taxta oyma tavanlar görə bilərsiniz. Bütün görünən sərvət lələk yataqlardan, yastıqlardan və yaraqlardan ibarətdir: kasıbların və varlıların qızıl çiçəklərlə toxunmuş ipək parçalardan tikilmiş çoxlu yastıqları və başqa aksesuarları var.

Kişilər bütün ağır ev işlərini görürlər, qadınlar tikiş və başqa əl işləri ilə məşğul olurlar. İnsanların ləzzətləri xarakterlərinin izlərini daşıyır: bədəni gücləndirmək üçün çox yararlı olan at yarışları, ovçuluq və başqa gimnastika hərəkətləri ən sevidikləri əyləncələrdir. Ancaq bütün bunların zaman zaman zəiflədiyini görürük».

Qaynag: Обозрение российских владений за Кавказом, в статистическом, этнографическом, топографическом и финансовом отношениях, Часть III, səh. 90-91

İstinad: irs_azerbaijan

Comments are closed.