İftiralardan biri də budur ki, guya Şah İsmayıl Anadoluda şiəliyi yayaraq Osmanlı torpaqlarını ələ keçirmək istəyirdi və bunun üçün qızılbaşları üsyanaqaldırmışdır. Bir sözlə Osmanlıda baş verən Şahqulu üsyanının səbəbkarı guya Şah İsmayıl olubmuş. Buna cavab üçün elə Osmanlı mənbələrinə baxmaq kifayət edir.
XVII asr Osmanlı salnaməçisi Solakzade Mehmed Hemdemi (1590-1658) yazır:

“1511-ci ildə Anadoluda, Təkkə elində (indiki Antalya bölgəsində) Şahqulunun başçılığı ilə baş vermiş qızılbaş üsyanı zamanı Şah İsmayıl nəinki bu üsyanı dəstəkləməmiş,hətta üsyan rəhbərlərini “atalığım Sultan Bayəzid xanın itaətindən çıxmaqda” qınayaraq edam etdirmişdi”.

Mənbə: Solakzadə, Tarix, səh. 22-24.

Aşağıdakı videoya da baxın. Tarixçi Tufan Gündüz də bu üsyanın Şah İsmayılla alaqasi olmadığının və bundan heç xəbəri belə olmadığını deyir.
İstinad: İnst. / azərbaycantariix

Comments are closed.