Bəzilərinə görə I Xosrovun (Xosrov Ənuşirəvanın)(531–578-ci illər arası hökmranlıq etmişdir), digərlərinə görə isə Qubad şahın zamanından, İran inzibati cəhətdən “kust” adını daşıyan dörd inzibati ərazi vahidinə bölünmüş, hər kust isə bir “sepəhbod”a (və ya “ispəhbəd”ə) tapşırılmışdır.
Təbəri bu bölgünün Ənuşirəvanın hökmranlığından əvvəlki dövrdə edildiyini qeyd etmişdir.
Sasanilər dövrü İranda aşağıdakı kustlar mövcud idi:

1) Kust ī Xwarāsān – şimal-şərq və ya Xorasan kustu
2) Kust ī Xwarwarān – cənub-qərb kustu
3) Kust ī Nēmrōz – cənub-şərq kustu
4) Kust ī Ādūrbādagān və ya Kapkoh – şimal-qərb, Azərbaycan və ya Qafqaz kustu.


Tarixi Şirvan və Arran ərazilərinin hər ikisi Ādūrbādagān kustunda yerləşirdilər və bunların şahları Ādūrbādagān sepəhboduna tabe idilər.
Ādūrbādagān kustunun şəhristanları (pəhləvi dilində şəhristan=şəhər) “Şəhristaniha-yi İranşəhr” (Šahrestānīhā-ī Ērānšahr)(İranın şəhristanları) kitabında belə verilmişdir:
Azərbaycan kustu:

56 – Azərbaycan şəhristanın Azərbaycanın sepəhbodu İran goşnəsb tikibdir.
57 – Van şəhristanı Van Goləxş (Bəlaş)ın qızı ki Jeyqobqdnan izdivac edib tikib, nə Tur bəradərvəş kərəb sehrlə oranı Ərvəndəsb (Ərcasb) deji kimi əvəzləyib, öz canın qorumaq üçün.
58 – Azərbaycan kustunda Gəncə şəhristanın Turanlı Əfrasiyab tikib.
59- Amvi şəhristanın (=Amol) Zəndiq-e por mərg (Ölü dolumlu zəndiq) tikib. 60 – Rey şəhristanı ….. və Zərdüşt sepitaman oğlu bu şəhristandan idi.
Əbülqasım Firdovsi bu kustun adın “Azərabadgan” yazıbdır. Onun şerində Ərməniyyə, Ərdəbil və Gillərin yurdu (yəni Gilan) bu kustda göstərilibdir.

İbn Xordadbeh (9-10-cu əsr) və Əbu Reyhan əl-Biruni (9-cu əsr) bu kustu “Azərbazkan” kimi yazıblar. İbn Xordadbehə görə Ərməniyyə, Azərbaycan, ər-Rey, Dəmavənd və Dəmavənd “mədinəsi” (şəhəri) … “Əl-Cərbi” və Farsların höküməti zamanı “Azərbazkan” ispəhbədinə tabe idilər.
İstinadlar:

  1. Əlməsalekol məmalek, İbni Xordadbeh, 1309 H.Q, Lidən şəhəri, S 118–119.
  2. Šahrestānīhā-ī Ērānšahr: Author: Touraj Daryaee, Publisher: Costa Mesa, Calif. : Mazda Publishers, 2002.

Comments are closed.