Tarixçi alim Nazim Məmmədov yazır :
“1928-ci ildə Moskvanin göstərişi və Azərbaycan rəhbərlərinin razılığı ilə ( 1920-ci ildən -1933-cü ilə kimi Azərbaycana rəhbərlik edənlərin 7 nəfəri erməni, gürcü ,rus olub .) dədə-baba Gədəbəy torpaqlarını – Başkəndin 4400 hektar torpağini Azərbaycandan alib Ermənistana verdilər. Əhalisnin 90 faizi azərbaycanlılardan ibarət olan olan Göyçə mahalı isə nədənsə Azərbaycana verilmədi.
1968-ci il Gədəbəyin Şınıx zonasında yerləşən Tağlar, Qaravəllilər kəndinin torpaqları guya ” yarasız ” torpaq olduğu üçün Azərbaycandan alinib Ermənistana verildi. Görəsən ” yararsız ” torpaq ermənilərin nəyinə lazim idi? Buna etiraz edən yerli əhalini bizim rəhbərlər təhqir edir, tutmaqla hədələyirdilər. Raykom katibinə ”get öz kəndini, öz dədə-baba torpaqlarını ermənilərə ver. Sən kimsən gəlib bizim torpaqlarımızı ermənilərə verirsən? – deyəsən ,”nemes ” Əhməd özümüzkülər tərəfindən şərlənib 2 il iş aldı. Orada yaşayan insanları məcburi köçürüb Saratovka kəndinə gətirdilər.
XX əsrin 90 -cı illərində hadisələr yenidən başlayana kimi Başkənddə 10 mindən çox erməni yaşayirdi. Bu kəndi kənardan gələn ermənilər alınmaz qalaya çevirmişdilər. Kəndin ətrafinda səngərlər qazılmış, istehkamlar qurulmuşdu. Ermənilər buranı, “qartal yuvası ” adlandırırdılar. Hətta, fransız müğənnisi , milliyətcə erməni olan Şarl Aznaur bu kənddə yaşayanlara ev başı hər ay 100 ABŞ dolları verirdi ki , bu kənddən köçməsinlər. Eyni zamanda, bu kəndə Krasnoselskidən, İrəvandan, Leninakandan, Tiflisdən avtobuslar havayı işləyirdi. ”
Elmar Həsənli
Gədəbəy torpaqları niyə Ermənistana verilmişdi?
In
Tarix
Comments are closed.