Azərbaycanın görkəmli dövlət xadimi və yazıçısı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri Yusif Vəzir Çəmənzəminli, o çətin dövrdə ölkəmizlə bağlı ümid dolu və yaqinliklə söylədikləri sözlərinə bir nəzər salaq:
“Azərbaycan mədəniyyəti o qədər güclüdür ki, bizdən başqa hətta qonşularımızı da öz təsiri altında saxlamışdır və saxlayacaqdır. Dilimiz Qafqaz, Transxəzər və Şimali İran üçün ortaqdır … Bugünkü Azərbaycan ən sağlam quruluşa sahibdir, burada tam hüquqlu əksəriyyət məhz Azərbaycan türkləridir ”.
P.S. Tariximizə və həmin dövr prosesslərə nəzər saldıqda görürük ki bu pafos deyil. Azərbaycan həqiqətən sıradan bir balaca dövlət deyil. Bəllidir ki biz həqiqətən bu cür güclü mədəniyyət və təsirə malik xalqı idik və indidə belədi.
Azərbaycan mədəniyyətinin izlərini Türkiyədən tutmuş Hindistana kimi geniş bir coğrafiyada sezilməsi buna bariz nümunədi.
Yusif Vəzir Çəmənzəminli – “Bir Cavanın Dəftəri”
Mənbə: Türkün səsi 1/7
Azərbaycan mədəniyyətinin təsir gücü Çəmənzəminlinin baxışında
In
Tarix
Comments are closed.