Azərbaycanın görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşi Türkmanın “Dünyanı bəzəyən Abbasın tarixi” əsərində gölün adı Gökcə (Göycə) dənizi və ya Gökcə Təngiz kimi ifadə olunmuşdur.
İsgəndər bəy Münşi öz əsərində Göycə dənizinin təbiəti haqqında yazır:
“…Təbiətin paklıq və xürrəmlik vaxtı olan bahar günlərində əlahəzrət zilləllah şah (I Şah Abbas) havasının lətafəti, suyunun bolluğu, gül-çiçəyinin çoxluğu, çay və bulaqları ilə göz oxşayan və cənnət gülzarına bənzəyən Göycə dəniz yaylağında işrətlə məşğul olub ov edirdi.”
Səfəvi dövrünün anonim müəllifi “Tarix-i aləmara-yi Səfəvi” əsərində bu gölün adını “Göyçə dəryası” adlandıraraq yazır:
“İsmayıl (Səfəvi) Ərdəbildən Göyçə dəryası kənarına getmək, oradan isə Şərqi Anadoluya keçmək fikrində idi”
Mənbə: Lütfiyar Nəsibov, “Göyçə: Sədənağac-Güney”, Bakı-2019, səh.13-14.
Ramil Əkbərov
Səfəvi səlnamələrində göyçə gölünün təsviri
In
Tarix
Comments are closed.