Mənbələrdə Kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Antik müəlliflərin məlumatlarından çıxış edən İqrar Əliyev Atropatenanın əsas etnuk qruplarından söz açarkən, uksulərlə (oğuzlarla) yanaşı kərkilərin (karklar) də adını çəkmişdir.
Azərbaycan toponimikasında özlərini əbədiləşdirən kərkilərin adına Naxçıvandakı Kərki , Qazax rayonu ərazisindəki Kərki – Başlı, Qarabağ ərazisindəki Kərki – Cahan kəndlərinin və s. adlarında rast gəlirik. Türkdilli kərkilər türkmnlərin və özbəklərin də içərisində qeydə alınmışdır. Bu barədə N. Aristov özünün “Türk tayfa və xalqlarının etnik tərkibi və sayı barədə qeydlər” və S. Şaniyazov özünün “Özbəklərin etnik tarixi bardə” adlı əsərlərində məlumat verməkdədirlər.
“Kərki” toponiminə ölkəmizdə və bir sıra türkdilli xalqların yaşadıqları ərazilərdə də rast gəlmək olur. Türkmənistanda Kərki rayonu və şəhəri, həmin respublikanın Cərco vilayətində Kərkiçi dəmiryol stansiyası, Kərkidağ toponimi də bu tayfa adından qaynaqlanıb. Bütün bunlar onu göstərir ki, yaşayış məntəqəsi tarixən azərbaycanlıların məskunlaşdığı yurd yeri olub.
Azərbaycanda kərki yaşayiş məskənləri. Kimdir kərkilər?
In
Tarix
Comments are closed.