Ələvi-Bektaşilikdə “7 ulu ozan”dan Şah İsmayıl Xətai
Anadolu Ələviliyində adları və şeirləri hər zaman zikr olunan, Cəm mərasimlərində şeirləri oxunan və buna görə də “7 ulu ozan” adlandırılan şəxslərdən biri də Şah İsmayıl Xətaidir.
Ələvi mənbələrində Şah İsmayılın məhz “Şah” olaraq xatırlanması onun dövlət başçısı titulu ilə əlaqədar deyil. Ələvi-Bektaşi inancında “Şah” sözü müqəddəs bir məna daşıyır. Ələvilikdə Şah müqəddəs, möhtərəm, dəyər verilən, sevilən, örnək şəxsiyyətlərə verilən addır. Bu səbəbdən də bir çox Ələvi-Bektaşi liderləri Şah titulu daşıyır.
Osmanlı-Səfəvi müharibələri zamanı Ələvilərin sıxışdırılması və Omsanlı üləması tərəfindən “dindən çıxmış” elan olunması Anadolu Ələviliyini Şah İsmayıla olan bağlarını daha da möhkəmləndirmiş və bu dövrdə ələvilrə arasında Anadolu Qızılbaşları üçün Şah İsmayıl xilaskar kimi yad olunur. Məsələn, Pir Sultan Abdal, Şah İsmayılı öz əsərlərində yad edir, xilaskar kimi göstərir.
Benim Şah’ım al kırımızı bürünür Dost yüzün görmeyen düşman bilinir Yücesinden Şah’ın ili görünür Niçin gitmez Yıldız Dağ’ın dumanın
“Şah İsmayıl köçəri Anadolu türklərinin istəklərini asanlıqla hiss edən və inanclarını və düşüncələrini fikirlərinə yaxın şəkildə yaydı. Onlar kimi danışmaq, şeirlər yazmaq və onlar kimi kəlamlar söyləmək; köhnə ənənəvi ayin və mərasimləri həyata keçirən, Şaman inanclarına və ayinlərinə uyğun davranan, dərdlərini dinləyən, onlar kimi yaşayan, parçalanmış düşüncə və inanc parçalarını bir araya toplayan və problemləri ilə məşğul olan bir lider idi.
(Nejat Birdoğan; Anadolunun Gizli Kültürü, Alevilik; Berfin Pub. 1995, Səhifə 144)
Ələvilər üçün Xətai bir təsəvvüf ozanıdır. Şeirlərində təsəvvüf əsaslı dəyərlərə diqqət ayırıb. Xətai şeirlərində eşqi, sevgini, 12 imamı, Həzrət Əlini (ə), Əhli Beyti, Ələvi ritualları, Hürufilik, Batinlik, insan həyatı ilə bağlı fərqli dəyərləri dilə gətirib.
Həmçinin özündən əvvəlki dövrdə yaşamış Mövlanə, Yunus Əmrə, Həllac Mənsur, Fəzlullah Nəimi, Seyyid Nəsimi kimi sufi pirlərindən təsirlənib. Eyni zamanda dərin təsəvvüf bilikləri ilə özündən sonra gələn mürşid, pir və ozanlara təsir edib. Həmçinin Ələviliyə görə Anadolu ələviliyinin sistemləşdirilməsində də Xətainin xidmətləri olub.
Bu gün də Anadolu Ələvi-Bektaşi mərasimlərində “7 ulu ozan”dan biri kimi Şah Xətayinin şeirləri oxunur, adı hörmətlə yad edilir.
Adım İsmayıl ibni Heydəriyəm,
Əlinin çakərinin çakəriyəm.
Hüseyni məzhəbəm mən din içində,
Məvali olanın mən rəhbəriyəm.
Mənim ğazilərümə hörmət eylən,
Könül evində onların biriyəm.
Məni onlardan ayrı sanmanız siz,
Vəleykin onların mən sərvəriyəm.
Mənəm həm pirü həm sultani-aləm,
Xətayiyəm, şahın bir kəmtəriyəm.
Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu
Comments are closed.