Neçe-neçe xalqlar vardır ki, öz dillərini ya unudublar, ya da ana dilində danışmağa meyil göstərmirlər. Bu, xalqın milli kimliyinin itirilməsində əsas xətlərdən biridir. Azərbaycan xalqı öz doğma, zəngin türk dilini daima yaşatmalı və qorumalıdır. Unutmaq lazım deyil ki, bir zamanlar Azərbaycan türkcəsi Dərbənddən Hindistana kimi geniş istifadə olunan bir dil idi. Biz də öz milli kimliyimizi qorumaq istəyiriksə, gərək öz dilimizi qoruyaq.
Bu yazıda, Dağıstan ərazisində Azərbaycan türkcəsinin önəminə toxunmaq istərdik.

Həsən Alkadari, Asari-Dağıstan (Dağıstan haqqında tarixi məlumatlar, 1929 il – Mahaçqala), adlı kitabında belə yazır:
“Dərbənd şəhəri müstəqil bir volost olaraq idarə olunurdu. Ərəb mənbələrində bu şəhər Babul-Əbvab və ya Babul-Hədid, bəzi türk mənbələrində Dəmir-Kapu və ya Temir-Kapu adı verilmişdir.
Bu şəhər sakinlərinin danışıq dili belədir: müsəlmanlar – Azərbaycan türkcəsində, yəhudilər yəhudi və ermənilər erməni dilində.”

Eyni hal tatlara da aid idi.
Semyonov “Qafqaz tatları və dağ yahudiləri” adlı kitabında yazır ki, Tatlar arasında bu proses o həddə gəlib çatıb ki, gənclər artıq praktiki olaraq Tat dilini bilmirlər. İstisna yalnız əhalisi ikidilli olan bir neçə kənd təşkil edir.
Azərbaycan dilinə keçən tatların çoxu, 1926-cı il siyahıyaalma zamanı özlərini türk kimi göstərdilər (Azərbaycanlılar o zaman rəsmi olaraq belə adlanırdılar ). Eyni hadisə, tatların əsasən Dərbənd bölgəsində yaşadığı Dağıstanda da baş vermişdi.
Bu onu göstərir ki, Dağıstanda dillərin çoxluğu səbəbindən və bəzən bir kənd qonşuluqdakı digər kəndin əhalisinin dilini anlamadığına görə, Azərbaycan türkcəsi xalqlar arası dil kimi qəbul olunmuşdu.

Comments are closed.