Araşdırmalar apardıqca məlum olur ki, dilimizin böyüklüyü və yayılma coğrafiyası barədə hələ çox şey bilmirik. Bir vaxtlar Azərbaycan türkcəsi Dağıstandan Hindistana qədər olan ərazilərdə geniş istifadə olunurdu. ANCAQ, sən demə dilimiz həm də Türküstanda potensial ortaq dil kimi də nəzərdə tutulduğu ortaya çıxır.

Henri Lansdel öz “Through Central Asia..” əsərində yazır:

“Mən Mərvdə olarkən Müqəddəs Kitab (İncil) icmalarından biri tərəfindən nəşr olunan Yeni Əhdi-Cədidin çağatay dilində olan bir nüsxəsini yerli Matti adlı bir yəhudi tacirdən aldım. Londonda bunları istənilən sayıda əldə edə biləcəyinizi düşünürəm, gördüyüm nüsxə orada çap olunmuşdu. Orta Asiyada paylanması üçün, Müqəddəs Kitabın, Buxara dilinə maksimum bənzəyən, AZƏRBAYCAN TÜRKCƏSİNDƏ (Xəzərin qərb vilayətləri) nəşr olunması zəruri olardı.”

Mənbə: turcomanica.blogspot

Comments are closed.