Ana dilimizdə çıxan ilk mətbuat orqanının təşəbbüskarı və banisi, milli təfəkkürümüzün formalaşmasında əvəzsiz xidmətlərə malik olan görkəmli Azərbaycan mütəfəkkiri Həsən bəy Zərdabinin tarixi sözləri:
“Bizim zəmanəmiz elm zamanıdır və elm təhsil etmək hər tayfaya (millətə) vacibdir ki, zindəganlıq davasında (həyat mübarizəsində) heç olmasa özünü saxlaya bilsin. Belə elm təhsil etmək ilə tərəqqi edib irəli gedən vaxtda hər tayfa gərək iki şeyi bərk saxlasın ki, bu şeylər hər tayfanın dirəkləri hesab olunurlar və onların tayfa olmağına səbəbdirlər. Bu şeylərin birisi dil, digəri də din və məzhəbdir. Elə ki, bunların birisi əldən getdi, tayfanın beli sınan kimidir”.
Göründüyü kimi, dil ilə yanaşı, din və məzhəbi də bir millətin gələcəyi və inkişafı üçün əsas ünsür qəbul edən H.Zərdabi irəliləyən sətirlərdə dili və dini/məzhəbi bir millətin ruhu şəklində təqdim etmiş və bunlar olmadan millətin məhvə məhkum olduğunu israrla vurğulamışdır.
Comments are closed.