Azərbaycanın görkəmli ictimai-siyasi xadimi olan Həmid bəy Şahtaxtinski 1880-ci ilin mart ayının 12-də, Naxçıvanın Şahtaxtlı kəndində anadan olub. Orta təhsilini Naxçıvan gimnaziyasında başa vurduqdan sonra Odessa Universitetinin hüquq fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra H.Şahtaxtinski Yelizavetpol (Gəncə) məhkəməsində andlı müvəkkil olaraq çalışıb. H.Şahtaxtinski siyasi mənsubiyyətinə görə İttihad Partiyasının üzvü idi.
Şahtaxtinski Azərbaycan Nazirlər Şurasının Sədri, N.Yusifbəylinin 1919-cu ilin dekabrın 24-də formalaşdırdığı və fəaliyyəti 1920-ci ilin aprelin 1-nə qədər davam edən ikinci Hökumət kabinetində (ümumi sayca beşinci) Maarif və Dini Etiqad naziri vəzifəsini icra edib.
Şahtaxtinski Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra bir müddət Bakı Dövlət Universitetində mühazirələr oxuyub. Şahtaxtinski 1941-ci ildə istintaqa cəlb olunaraq Arxangelskidəki həbsxanaya göndərilib və 1943-cü ildə orada vəfat edib.
MAARİF VƏ DİNİ ETİQAD NAZİRİ
Azərbaycan Cümhuriyyəti dövründə Maarif və Dini Etiqad naziri olan Həmid bəy Ağa Xəlil oğlu Şahtaxtinski öz tərcümeyi-halında 1880-ci ilin mart ayının 12-də İrəvan quberniyasının Naxçıvan qəzasının Şahtaxtlı kəndində qulluqçu ailəsində anadan olduğunu, 5 yaşında ibtidai məktəbə getdiyini, ana dili və fars dilini öyrəndiyini, iki il sonra beşillik rus məktəbinə daxil olduğunu, oranı bitir- dikdən sonra 1872-ci ildə Naxçıvanda peşə məktəbində oxuduğunu qeydeediri.
H. Şahtaxtinski sonradan İrəvan Müəllimlər Seminariyasına daxil oldu, 4 ildən sonra oranı əla qiymətlərlə bitirdi və
1899-cu ildə seminariyada saxlanılaraq Azərbaycan dilindən dərs dedi.
1907-ci ildə H.Şahtaxtinski Odessa Universitetinin hüquq fakültəsinə daxil oldu, ikinci kursda oxuyarkən xəstələnib Bakıya qayıtdı. O, bir il burada qalaraq Bakı Alekseyevsk ali hazırlıq məktəbində müəllim işlədi, bir il sonra yenidən
Odessaya gedib təhsilini davam etdirdi, 1912-ci ildə universiteti bitirdi.
H. Şahtaxtinski 1912-ci ildə ali təhsilini başa vurduqdan sonra Bakıya — burada yaşayan ailəsinin yanına qayıtdı. 1913-cü ildən Bakı qubemiyası Xalq məktəbləri direktorunun icazəsi ilə müəllimləri hazırlamaq üçün şəxsi kurslar açdı və eyni zamanda əvvəl Ramanada, sonra isə 1916-cı ilə qədər Alekseyevsk peşə məktəbində müəllim olaraq çalışdı.
H. Şahtaxtinski 1916-cı ilin əvvəlində Qafqaz Təhsil dairəsi müdiri, Rudolfun əmri ilə Yelizavetpol (Gəncə) şəhərindəki Yelizavetpol Müəllimlər Seminariyasına riyaziyyat müəllimi təyin olunaraq, bir il sonra isə keçmiş Yelizavetpol quberniyasının Qazax və Nuxa qəzaları üzrə Xalq məktəblərinin təlimatçısı işlədi.
Tanınmış tədqiqatçı M.Əliyev isə “Odlar Yurdu” qəzetində çap etdirdiyi “Həmid bəy Şahtaxtinski” məqaləsində onun ali təhsilini başa vurduqdan sonra Yeİizavetpol (Gəncə) dairə məhkəməsində andlı müvəkkil köməkçisi olaraq iki ilə
yaxın çalışdığını, sonra Bakıya köçüb dairə məhkəməsində eyni vəzifədə işlədiyini qeyd edir”.
1917-ci ildə Rusiyada baş verən Fevral-Burjua inqilabından sonra H.Şahtaxtinski Tiflisdə keçirilən Müəllimlər qurultayında Müvəqqəti Zaqafqaziya Höküməti tərəfindən Qafqaz Təhsil dairəsi komissarlığının üzvlüyünə seçildi.
H. Şahtaxtinski 1918-ci ildə Zaqafqaziya Seymi formalaşdıqdan sonra Zaqafqaziya Hökumətinin Xalq Təhsl naziri vəzifəsində çalışdı.
1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradıldıqdan sonra H.Şahtaxtinski Hökumətin Təhsil işləri üzrə səlahiyyətli nümayəndəsi kimi Qafqaz Tədris Arxivinin Gürcüstan, Azərbaycan, Ermənistan arasında bölünməsiiilə bağlı bir müddət
orada qaldı.
1918-ci ilin iyunun 6-da F.X.Xoyskinin Gəncədə formalaşdırdığı ikinci Hökümət kabinetində H. Şahtaxtinski Xalq Maarifi və Dini Ftiqad nazirinin (nazir N. Yusifbəyli idi) müavini oldu və 1918-ci ilin oktyabrına qədər orada qalaraq xalq
müəllimlərinin təkmilləşdirilməsi üzrə kurslara rəhbərlik etdi. O, bu işləri başa çatdırdıqdan sonra 1918-ci ilin noyabrında Bakıya gəldi.
1918-ci ilin dekabrın 26-da F.X.Xoyskinin formalaşdırdığı üçüncü Hökumət kabinetində də o, Maarif və Dini Etiqad nazirinin müavini olaraq çalışdı”.
1919-cu ilin martın 14-də N. Yusifbəylinin yaratdığı 1-ci (sayca 4-cü) Hökümət kabinetində H. Şahtaxtinski Maarif və Dini Etiqad nazirliyinin idarəedicisi kimi fəaliyyətə başladı. Lakin sonradan onun Baş Nazir N.Yusifbəyli ilə münasibətlərində fikir ayrılığı yarandığından həmin işdən uzaqlaşmış, 7 ay yarım işsiz qaldı.
1919-cuilin dekabrın 24-də N. Yusifbəylinin formalaşdırdığı ikinci (sayca 5-ci) Hökümət kabinetində H.Şahtaxtinski Maarif və Dini Etiqad naziri təyin olundu, O, bu vəzifəni 1920-ci lin martın 5-nə qədər icra etdi. 1920-ci iin martın 5-dən sonra isə bu vəzifə İttihad Partiyasının üzvü Mirzəməhəmməd Şahsuvarova tapşırıldı.
H. Şahtaxtinski Azərbaycan Cümhuriyyəti dövründə maarif sisteminin inkişafina böyük əmək sərf etdi. 0, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasında, Bakı Dövlət Universitetinin açılışının təş-
kilində önəmli rol oynadı. O, eyni zamanda Azərbaycan Cümhuriyyəti Hökumətinin tapşırığı ilə xalq təhslinin yaxşı mütəxəssisi kimi Ali Pedaqoli İnstitutun yaradılması layihəsini tərtib etməyə başlamış, bu işi Azərbaycan sovetləşəndən
sonra axıra çatdıraraq, Xalq Komissarları Sovetinin Sədri N.Nərimanova təhvil vermişdir.
H.Şahtaxtinski məktəb islahatlarının aparılması ilə bağlı müəyyən təkliflər hazırlayıb Hökumətə təqdim etmək üçün Nazirlər Şurasının qərarı ilə 1919-cu ilin avqustun 20-dən sentyabrın 1-dək Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin III qurultayına rəhbərlik etdi. Onun həmin qurultayda geniş məruzəsi dinlənildi.
Qurultayın təklifləri əsasında məktəb islahatlarının aparılması, ümumi təhsilin məzmunca milləşdirilməsi ilə bağlı proqram, dərslik üzrə Dövlət Proqramı hazırlanması üçün 1919-cu ilin noyabrın 7-də Xalq Maarif Nazirliyi yanında
H.Şahtaxtinskinin sədrliyi ilə Hökumət komissiyası yaradılmışdı”.
H.Şahtaxtinski Azərbaycan Cümhuriyyəti dövründə mövcud olan bir çox mədəni və maarif cəmiyyətləri ilə də sıx əlaqə yaradaraq, həmin təşkilatların rəhbərliyində təmsil olundu.
H.Şahtaxtinski 1919-cu ilin iyulundan İttihad Partiyasının rəsmi üzvü idi və Azərbaycan Parlamentində təmsil olunurdu.
Məlumdur ki, 1917-ci ilin Fevral-Burjua inqilabından sonra təsis olunan Rusiyada Müsəlmanlıq Partiyası 1917-ci ilin sonlarından özünü İttihad Partiyası adlandırdı. Bu partiyanın proqram və əməli fəaliyyətində İslam ideologiyası üstün-
fük təşkil edirdi. Partiyanın sədri isə sonradan Azərbaycan Parlamentinin üzvü olan Qara bəy Qarabəyov (1871-1953) idi. Qeyd edək ki, H.Şahtaxtinskinin də təmsil olunduğu İttihad fraksiyası Azərbaycan Parlamentində Müsavatdan sonra
ikinci güclü fraksiya idi.
1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra HŞahtaxtinski Bakı Dövlət Universitetinə dəvət olundu və o,1930-cu ilə qədər burada müəllim işlədi. Qeyd etmək lazımdır ki, hələ1926-cı ildə H.Şahtaxtinski həmin universitetin tibb fakültəsində də təhsil almışdır. 1929-cuildə Universitetin yaradılmasının 10illiyi münasibəti ilə H.Şahtaxtinskiyə professor fəxri adı verildi.
H.Şahtaxtinski 1930-1938-ci illərdə Azərbaycan Tibb İnstitutunda çalışdı.
1940-cı ilin yanvar ayının 5-də Azərbaycan SSR XDİK-in əməkdaşı, Dövlət Təhlükəsizlik mayoru Markaryanın təsdiq etdiyi qərara və Zaqafqaziya dairəsi hərbi prokurorunun sanksiyasına əsasən, XDİK DTİ 3-cü şöbənin 1-ci bölməsinin rəisi
baş leytenant Martirosov yanvar ayının 6-da Bakı şəhəri, Karqanov küçəsi 24 ünvanda yaşayan Həmid bəy Xəlil bəy oğlu Şahtəxtlını İran kəşfiyyatı ilə əlaqə saxlamaqda, bu ölkənin xeyrinə çalışmaqda günahkar sayaraq həbsə
almağı və məsuliyyətə cəlb etməyi lazım bilir. Şahtaxtinski XDİK rəhbərliyinin imzaladığı 23 saylı order əsasında həbs olunur”.
60 yaşlı H.Şahtaxtinskiyə qarşı iztirablı, yorucu işgəncələr 1938-ci ilin yanvar ayından aprelin 26-na qədər davam edən sorğu-suallar çox dözülməz idi.
SSRİ XDİK yanında xüsusi müşavirə 11 iyun 1940-cı ildə H.Şahtaxtinskinin işinə baxdı və o, antisovet millətçi təşkilatda fəaliyyətinə görə islah-əmək düşərgəsində saxlanılmaqla 8il müddətinə, 1940-cı ilin 6 yanvarından hesablanmaqla
azadlıqdan məhrum edildi”.
H.Şahtaxtinski 1943-cü ilin fevralın 3-də Arxangelsk vilayətindəki həbsxanada ağır şəraitə dözməyib 63 yaşında vəfat etdi.
Qeyd edək ki, Azərbaycan tarixində Şahtaxtinski soyadı ilə çox məşhur olan şəxsiyyətlər vardır: İsa Sultan Şahtaxtinski, Məhəmməd ağa Şahtaxtinski, Əbülfət Şahtaxtinski, Leyla xanım Şahtaxtinskaya, Behbud bəy Şahtaxtinski, Elmira
xanım Şahtaxtinskaya və digərləri.
Cümhuriyyət Quruculari 100il (N. Yaqublu)
Comments are closed.