Orta əsrlərdə “taxt” anlayışı dövlətçilik rəmzi hesab olunurdu. Ona görə də “Azərbaycan taxtı” yaxud “Azərbaycan səltənəti” deyəndə muasir anlamda “Azərbaycan dövləti” kimi anlaşılmalıdır.
Bu tarixi fakt “tarixdə Azərbaycan dövləti” olmayıb deyənlərin iddialarının nə qədər gülünc olduğunu isbat edir.
Mənbə:
“.. İgidliyinə görə Tozqoparan adlandırılan Piri bəy Qacar isə ordunun ön dəstəsi olaraq yola düşdü. [Rəqib] tərəfdən özünü Rüstəm və İsfəndiyardan əskik bilməyən Həsən ağa Şəkər oğlu qaraula (kəşfiyyata) gəlmişdi [o], Mişkin vilayətinin Kərmavəz [adlı yerində] Piri bəy Qacarın gəlmək xəbərini eşidib qaçdı və AZƏRBAYCAN padşahı olan Əlvənd bəy ibn Yusif bəyin qoşunu ilə birləşdi. Xəbər çatdırdı ki, artıq Şah İsmayıl və ordunun ön dəstəsi yaxındadır.
Xülasə, Əlvənd bəy həddən artıq hücuma hazır olan qoşununu nizama saldı və Naxçıvan vilayətinin Şərur düzündə şahanə müharibə oldu.
Piltən bəyin nəvələri Qarçıqay Məhəmməd, Lətif bəy və Seyid Qazi bəy 8 min süvari igidlə öldürüldü. Əlvənd bəy güclə canını qurtarıb Diyarbəkrə qaçdı. Əzəmət bayraqları (Şah İsmayıl) darüssəltənə Təbrizə gəldi. Kama çatmış Şah [İsmayıl] xoşbəxtliklə padşahlıq taxtına oturdu. Xütbə və sikkə padşahın ləqəbləri ilə bəzəndi.
“Əbdi bəy Şirazi”Təkmilətül-Əxbar” s.24 (1570-ci il)
@Sah1501
Comments are closed.