Əfqanları məğlub edib imperiya ərazisindən qovduqdan sonra Nadir xan Azərbaycanı Osmanlılardan və Ruslardan azad etməyə başladı.

1734-cü ildə Şirvan azad edildi. 1734-cü ilin sonunda Şamaxı alindi. Nadirin əmri ilə şəhər dağıdıldı və əhalisi “Yeni Şamaxı” adlandırılan Ağsuya köçürüldü. 1735-ci ildə Nadir Gəncəni Osmanlılardan aldı və ruslardan Xəzəryani bölgələri azad etməsini tələb etdi. Ruslar onun uğurunu və qətiyyətini görərək, vəziyyəti daha da qərqinləşdirmək istəmədilər. 1735-ci ildə Novruz bayramında Gəncə müqaviləsi bağlandı və Rusiya Xəzər bölgələrini tamamilə tərk etdi. 1735-ci ilin iyununda Nadir xan Üçhmiədzinin yaxinliğinda türk qoşunlarını məğlub etdi və ilin sonuna qədər Osmanlıları Cənubi Qafqazdan tamamilə təmizlədi.
1736-cı ilin martında Suqovuşanda keçirilən bir qurultayda Nadir xan  Şah elan edildi. Bununla da Səfəvi sülaləsinin hakimiyyətinə son qoyuldu. Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəylikləri birləşdirərək Azərbaycan adlı vahid inzibati ərazi yaratdı. Təbriz Azərbaycanın mərkəzinə çevrildi və Şahın qardaşı İbrahim xan hökmdar təyin edildi.

Nadir şah hakimiyyətinin ilk günlərində vergi yığımını asanlaşdırmaq üçün saray vəzifələrini yenidən bölüşdürdü. Yeni təyin olunanlar arasında əksəriyyəti Əfşar-Türk tayfalarından olanlar idi. Nəticədə dövlətin gəlirləri artdı.

Nadir 1737-ci ildə Əfqanıstana hücum etdi. İl ərzində Qəndəhar və digər yerlər alındı; bir neçə əfqan tayfası Nadir şahın qoşunlarının əsasını təşkil etdi.

Kabil şəhərini ələ keçirən Nadir şah Moğol hökmdarı Məhəmməd şaha  məktub göndərərək, Hindistandakı əfqan mühacirlərini qəbul etməməsini xahiş etdi. Tələb yerinə yetirilmədi və 1738-ci ildə Nadir Hindistana girdi və sürətlə yol boyu hər şeyi fəth etdi, Dehli yaxınlığında (Karnalda) Moğol İmperiyasının ordusunu məğlub etdi.

8 Mart 1739-cu ildə Nadir Şah Dehliyə girdi. Bir müddət sonra Nadir şahın oğlunun böyük Moğolun qızı ilə toyu qeyd olundu.
İngilis tədqiqatçilari «Tazkira of Anand Ram Mukhlis» in J. Ed. Dowson, » The History Of India As Told By Its Own Historians» adli əsərdə, Moğol hökümdarinin vəziyyəti ilə bağli belə yazirlar:

“Biz Məhəmməd şahın İran imperatoruna [Nadir şah] səfərinin nəticəsini gördük. Bir neçə gündən sonra … Asəf Cax aydın olmayan bəzi məsələləri həll etmək üçün göndərildi; lakin bilinməyən bir səbəbə görə o, bu tapşırığı yerinə yetirə bilmədi və düşərgədə saxlanıldı. Sonra Məhəmməd şahın özü, yenidən əlinə silah alıb vuruşmağa çağıran bir neçə şəxsin etirazına baxmayaraq, ayın 26-sı imperatoru ikinci dəfə ziyarət etdi. Bu görüşün nəticəsi olaraq Məhəmməd Şah, İran düşərgəsində qalmağı məqsədəuyğun hesab etdi və Şah düşərgəsinin arabalarının bir hissəsini gətirməyi əmr etdi. Tədricən dövlətin bütün əsas simaları Əlahəzrətə qoşuldular. Üzdə bunu könül xoşluğu ilə etmələri görünsədə, əslində məcbur idilər. Nasaxçılara [hərbi polis] onları müşayiət etmək əmri verilmişdi. Burada 100.000 güclü, yaxşı silahlanmış atlı bir ordu sanki əsir kimi saxlanılırdılar. İmperatorun və onun zadəganlarının bütün ehtiyatları indi Qızılbaşın ixtiyarında idi! Hamıya elə gəlirdi ki, Moğol sülaləsi sona çatdı.
Bu, Nadir şahın Moğollar üzərində qələbəsinin nə qədər parlaq olmasının gözəl təsviridir.

May ayında Nadir şah bütün pulları və cəvahiratları (qiymətli daşlardan hazırlanmış məşhur taxt da daxil olmaqla) götürərək İrana geri döndü.

Comments are closed.