Bildiyiniz kimi, Qızılbaş dövlətini yaradan və bir ittifaqda birləşən, İslamda Əhli-beytə bağlılıq etiqadının tərəfdarı olan qızılbaş türk tayfaları 12 imam şərəfinə fərqləndirici əlamət olaraq, 12 qırmızı parçalı çalmanı simvol qəbul etdilər və onu geyməyə başladılar. Uzun əsrlər bu çalma qızılbaşların zahiri qaydalarından biri oldu.

Digər zahiri qızılbaş qaydalarından biri də uzun bığ saxlamaq idi. Saqqal ya təmiz, ya da qısa qırxılır, amma uzun bığ saxlayırdılar. 

Bu qaydanın mənbəyi haqda tam məlumat olmasa da tarixdən bizə məlumdur ki, oğuz türkləri də üzlərini təraş edir, ya qısa qırxır, yalnız bığ saxlayardılar. Müəyyən vaxtlarda özünü oğuzların varisi hesab edən başqa türk sultanları, məsələn bəzi osmanlı sultanlarında da bu adəti görmək olur.  

Qızılbaşların gətirdiyi bu bığ saxlamaq adətinin uzun müddət, hətta Səfəvilərin süqutundan sonrakı dövrdə də hakim türk tayfaları arasında (Qacar, Əfşar və s.) davam etdiyi, ruhanilərdən başqa xalqın və əsgərlərin üzlərini qısa qırxdıqları və ya təraş etdiyi, amma bığ saxladığı məlumdur.

Səfəvilərdən qalan bu ənənənin, Azərbaycan Xalq Cümhuriyyətinə gədər olan bir dövrə aid şah, xan, sərkərdə və generallarımız tərəfindən əməl olunmasının nümunələrini şəkillərdə görə bilərsiniz.

Comments are closed.