İngilis şərqşünas K.E.Bosvort qeyd edirdi: “İngiltərədəki Kraliça I Yelizaveta, İspaniyadakı II Filipp, Rusiyadakı İvan Qroznı və Moğol İmperatoru Əkbər kimi böyük hökmdarların çağdaşı olan I Şah Abbasın hakimiyyəti, Səfəvi mədəniyyəti və sivilizasiyası kimi, siyasi qüdrətin zirvəsinin göstəricisidir. ”

Azərbaycan türkcəsinin Şah Abbasın dönəmində önəmi isə tədqiqatçılar tərəfindən belə qeyd edilir:
“[Abbas I] Sarayın əsas dili türk dilidir. Fəqət bu İstanbul türkcəsi deyildi. İranın şimal-qərbindəki Azərbaycan əyalətində bu gün də danışılan qızılbaş-türkmanların türk ləhcəsi idi. Bu növ türkcə eyni zamanda Şah Abbasın ana dili idi, baxmayaraq ki, o Fars dilində də səlis danışırdı. “
(Devid Blow, «Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend»)

“Gürcüstanda və Şimali İranda danışılan türkcə, əvvəldən Xəzər dənizi ətrafında və ondan da o tərəfdə danışılan, həmin təmiz Türk dilidir. O, Konstantinopolda danışılan dildən və özünə xeyli ərəb və fars sözləri və ifadələri daxil etdiyindən, orijinal xüsusiyyətini dəyişmişdi. “
(Justin Perkins, «A residence of eight years in Persia, among the Nestorian Christians : with notices of the Muhammedans»)

Nəticə:
1. Şah Abbasın adı layiqli olaraq digər Avropa kralları ilə bir sırada çəkilməsi, onun nüfuzu və məşhurluğunun göstəricisidir.
2. Abbasın dönəmində türk dili heç də oz rolunu itirməmişdi, və əvvəlki kimi saray və ordu dili hesab olunurdu.
3. Azərbaycan türkcəsi Osmanlı türkcəsindən fərqli və daha təmiz türkcə hesab olunurdu (hətta Gürcüstanda belə)
4. Səfəvi dövləti (rəsmi adı – Dövləte qızılbaş) həqiqətən Azərbaycan dövlətçiliyi tarixinə mənsubdur, çünki bu dövlətin yaradılması və idarəetməsində Azərbaycan türkləri titul xalq olmuşlar.

Comments are closed.