Lourens Lokhart və Riçard Tapper kimi Avropa tarixçiləri, Şah İsmayılın 1501-ci ildə Azərbaycan krallığının taxt-tacına yüksəldiyini və özünü Azərbaycan şahı elan etdiyini iddia edirlər.
Alman tarixçisi Helmut Braunun qeyd etdiyi kimi, o dövrdə Azərbaycan bütün imperiyanın (Səfəvi dövləti) ürəyi idi.
Qaraqoyunlu və Ağqoyunlu sülalələrindən sonra Səfəvi İmperiyasına da üçüncü Türkmən konfederasiyası kimi yanaşmaq fikri Avropa tarixşünaslığında möhkəm yerləşmişdir (məsələn, Jan-Pol Ru, Vladimir Minorski, Piter Cekson, Lourens Lokhhart, Hans Remer və s.).
Jan-Lui Bak-Gramon birbaşa, Şah İsmayılın “Azərbaycanda türk dövlətini qurduğunu” bildirir.
Fransız tarixçisi R. Mantran birmənalı şəkildə Şah İsmayılın “Azərbaycanda nümunəvi bir türk dövləti yaratdığını” bildirir.
Piter B. Qolden qeyd edir ki, Səfəvi dövləti bariz “türk xüsusiyyətinə malikdir. “
Bütün bunlar nəyin göstəricisidir? Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Səfəvi bir türk dövlətinin qurucusu idi və İran dövlətçiliyini dirçəltmək niyyətində olmayıb. Buna dəlalət, yuxarıda qeyd olunduğu kimi, tarixçilərin Qızılbaş imperiyasını” üçüncü Türkmən konfederasiyası” adlandırmasıdır.
Comments are closed.