Hindistanın fatehi və böyük döyüşçü, Əfşarlar qəbiləsindən olan, Səfəvi ordusunun başçısı – Nadir, 1736-ci ildə Səfəvi sülaləsini devirib, özünü şah elan etdi. Nadir şahın fəthləri Qafqazdan Hind çayına qədər geniş bir imperiyanın yaranmasına səbəb oldu. 1737-1738-ci illərdə Nadir şah Hindistanın şimalında bir kampaniyaya başladı və 1739-cu ildə Böyük Moğolların paytaxtı Dehlini ələ keçirdi.

Bəs Səfəvi ordusunun komandirindən, Nadir, necə Şərqin hökmdarına çevirildi?

Səfəvi dövləti o dövrdə çox böyük problemlər yaşayırdı. Hər yerdə üsyan baş qaldırırdı, Şahın siyasətindən narazılıq, ona müxalif olan əfqan və kürd tayfalarinin səylərinin birləşməsinə səbəb oldu; şimal-qərbdən və şimaldan Rusiya və Osmanli imperiyasinin təzyiqləri artirdi. Rus qoşunlarının 1722-1723 uğurları və 1723-cü ilin yayında Osmanlı ordusunun Zaqafqaziyaya qoşun çəkməsi Səfəviləri 12 sentyabr 1723-cü ildə barışıq müqaviləsi bağlamağa məcbur etdi, buna görə Dərbənd, Bakı, Rəşt, Şirvan, Gilan, Mazandaran və Astrabad əyalətləri Rusiyaya verildi.

İşğalçı Osmanlılar Gürcüstanı və müasir Azərbaycanın qərb hissəsini viran qoydular. 1724-cü il Rusiya və Türkiyə Konstantinopol müqaviləsinə əsasən Səfəvi imperiyasinin şimal hissəsini öz aralarında bölüşdürdülər. Bu vaxt, 1722-ci ildə Əfqan üsyançılarının lideri Səfəvilərin paytaxtı – İsfahanı tutraq, son Səfəvi hökmdarı Sultan Hüseyni devirdi. Beləliklə “Əfqan” hakimiyyətinin qısa dövrü başladı. 1726-cı ildə Nadir 3 min nəfərlik heyəti ilə, əfqanlarla döyüşmək üçün ordu toplayan II Şah Təhmasibə qoşulmaq üçün Mazandarana gəldi.

M.S.İvanov bu hadisələri «Очерк истории Ирана»  adli əsərində aşağıdakıları yazır:

“1726-cı ildə Nadir xan Əfşar böyük dəstəsi ilə Təhmasibə qoşuldu. Nadir 1688-ci ildə Xorasanda anadan olub. O, Səfəvilər tərəfindən özbəklərə qarşı vuruşmaq üçün Azərbaycandan Xorasana köçürülmüş Afşar türk tayfasının Qırxlı qəbiləsindən idi.”

Beləliklə, Nadir əfqanların ölkədən qovulması üçün kömək təklif etdi. Şah onu çox müsbət qarşıladı və həmin il Nadir Təhmasib-qulu xan adını alaraq, əfqanları Məşhəddən qovdu. Minnətdarlıq olaraq şah, ona sultan və Mazandaran və Xorasan valisi titulunu verdi.

1729-cu ildə Nadirin ordusu, Dəmqan döyüşündə əfqanları məğlub etdı və onlari Əfqanıstana tərəf qovdu. Nadir komandir keyfiyyətləri və cəsarəti sayəsində kelat ordusunu öz ordusuna qoşaraq, iki il içində yeddi illik Əfqan hakimliyinə son qoydu. Nadirin güclənməsindən qorxaraq Təhmasib ona hərbi əməliyyatları dayandırmağı əmr etdi, lakin Nadir şahın iqamətgahına yaxınlaşdı və Nadirə dövlətdə böyük güc verməyə məcbur etdi. Təhmasib ona dörd geniş ərazini verdi: Xorasan, Mazandaran, Sistan və Kirman; Nadir Xorasanda öz adına sikkə zərb edilməsini əmr etdi.

Ordusuna istirahət vermədən Nadir şah, o vaxta qədər bütün Azərbaycan və İraqın ən yaxşı hissəsinə sahib olan Osmanlı türklərinə qarşı şimal-qərbə yürüş etdi. Nadir zəfərlə İrəvana çatdı, lakin Təhmasib  müharibəyə müdaxilə etdi, və öz uğursuzluğu nəticəsində Nadirin bütün nailiyyətlərinin itirilməsi ilə yanaşi, torpaqlarinin əlavə hissəsini osmanlilara vermək məcburiyyətində qaldı. Nadirin Osmanlılar üzərində qələbəsindən sonra ehtiyatla hərəkət edən və Səfəvilərlə münasibətləri gərginləşdirmək istəməyən Rusiya 1732-ci ilin yanvarında Rəştdə onlarla müqavilə bağladı. Razılaşmanın şərtlərinə görə, Kürün cənubundakı Xəzər bölgələri Səfəvilərə qayıtdı, və rus tacirlərinə xüsusi imtiyazlar verəcəklərinə vəd etdilər.

Öz nüfuzunu artırmaq üçün II Təhmasib Osmanlılara qarşı hərbi əməliyyatlara başladı və Üçmüədzin (Üçkilsə) şəhəri yaxınlığında qələbə qazandı.
Lakin İrəvan istiqamətində ağır məğlubiyyətə uğradı və Osmanlılar Urmiya, Təbriz və Ərdəbili ələ keçirdilər. 1732-ci ilin yanvarında II Təhmasib Kirmanşahda Osmanlılarla barışıq müqaviləsi bağladı. Razılaşmanın şərtlərinə əsasən İrəvan, Gəncə, Şamaxı və Şirvan bölgələri Osmanlılara verildi. Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz Səfəvilərə qaytarıldı. Araz çayı bu dövlətlər arasında bir sərhəd halına gəldi.

1732-ci ilin avqustunda Xorasandan qayıdan Nadir xan II Şah Təhmasibi taxtdan devirdi və oğlu Abbas Mirzəni, III Şah Abbas (1733-1736) elan etdi. Kiçik şaha himayədarlıq edən Nadir xan əslində hakimiyyəti öz əlinə aldı. Əvvəlcə Kirmanşah müqaviləsini ləğv etdi və Türkiyədən 1732-ci ildə işğal edilmiş bütün əraziləri azad etməsini tələb etdi. Osmanlilarin rədd cavabi müharibənin başlamasina səbəb oldu.

1733-cü ilin yanvarında Nadir xan Osmanlıları məğlub etdi və onlarin son 10 ildə işğal etdiyi Səfəvi torpaqlarını azad etməli olduqlari, Bağdad müqaviləsini imzalamağa məcbur etdi. Nadirin hərbi uğurlarının davamı, Azərbaycanın azad edilməsi və Hindistandakı kampaniyaları növbəti materiallarımızda işıqlandırılacaqdır.

Comments are closed.