Bu məqalə Azərbaycanlıların formalaşması, dünyaya gəlməsi haqqında olacaq.


Bir çoxları doğrudanda fikirləşirlər ki, bu günkü azərbaycanlılar və ya 19-əsrdə yaşayan azərbaycanlılar ya da Səfəvilər dövründə yaşayan azərbaycanlılar eramızdan əvvəl yaşayan mannalılardan və midiyalılardan eyni millətdir. Bu əslində yanlış düşüncədir, çünki azərbaycanlıların formalaşması 7-13 yüzillər zamanı olub və bunu da indi daha asan şəkildə başa salacağıq.

Azərbaycanlılar eramızdan əvvəl və eramızda bölgədə olan türklərin, iran tayfalarının (məsələn midyalıların) və qafqaz tayfalarının (məsələn albanların) qarışığı ilə əmələ gəliblər. Qıpçaq (Borçalı, Qazax, Şəki-Zaqatala bölgəsi), Barsil (Borçalı) və Suvar (Qarabağ, Muğan) türkləri hələ eramızdan əvvəl və sonra da gürcü və Avropa mənbələri tərəfindən qeyd olunurlar. Ərəblər 7-8-ci əsrlərdə Azərbaycanda yaşayan türklər haqqında da yazırdılar (məsələn: https://t.me/azerbaycan_turki/944). Xəzərlin və hunların əsas hissəsi 8-9-cu əsrlərdə Azərbaycana daxil olsalar da, hələ yüzillər qabaq burada yaşayırdılar.

Nəhayət bölgəyə 11-13-cü əsrlərdə çoxlu sayıda oğuzların, başqa türklərin və monqolların axını olur. Bunların hamısını macar şərqşünazı Arminiy Vamberi də təsdiqləyir. Bölgədəki qafqaz tayfaları, yəni albanlar, kaspilər, kadusilər (iran qarışığı) və başqaları Azərbaycanda hələ əvvəllərdən əsasən Quzey Azərbaycanda və Güney Azərbaycanın quzey hissəsində yaşayıblar. Skiflər, saklar, massagetlər və kimerlər isə Azərbaycanda hələ eramızdan əvvəl 7-ci əsrdə yaşayıblar.

Eramızın 7-ci əsrində Azərbaycana türklərin güclü axını olur və bu dövürdə azərbaycanlılar və azərbaycan dili formalaşmağa başlayır. Gələn türklərin ardınca yeni hunlar, qıpçaqlar, barsillər və xəzərlər Azərbaycana daxil olub yerli qafqaz və iran tayfaları ilə qarışırlar. Əsasən 11-ci əsrdə Səlcuqlar bölgəni ələ keçirirlər və Oğuz dövlətində olan oğuzların 24 şəhərindən 20-in əhalisi Azərbaycana axın edir. Oğuzlar yerli əhali ilə qarışdığı zaman, buraya 13-cü əsrdə türklərin və monğolların yeni axını baş verir. Azərbaycanlıların formalaşması bütün Azərbaycanı və Gündoğan Anadolunun bölgəsində keçir.

Nəticədə, türklərlə başqa millətlər qarışır və 13-cü əsrin axırında 14-cü əsrin əvvəlində azərbaycanlılar bir millət kimi yaranırlar. Məsələn 13-14-cü əsrlərdə azərbaycan dilində yazan şairləri: Həsənoğlu İzzəddini, İmadəddin Nəsimini və Burahnəddin Qaziyi qeyd etmək olar. Amma onu da qeyd etmək lazımdır ki Azərbaycan tayfalarının birləşməsi və bütün millət işarələrinin yaranması 15-ci əsrin axırına qədər davam edir. Səfəvilər dövründə isə biz Diyarbəkirdən və Ərzurumdan Quma və Əraqa qədər yaşayan azərbaycan millətini görürük. Bu dövrdə millətimizin bir hissəsi Şimalı İraqda və Farsla Kirman bölgələrində yaşayırdı.

Mənbə: telegram.org/azerbaycan_turki

Comments are closed.